Azərbaycanlı döyüşçü UFC turnirində növbəti qələbəsini qazanıb
Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qarışıq döyüş növləri üzrə Azərbaycanı təmsil edən Nazim Sadıxov UFC promouşenində növbəti qələbəsini qazanıb.
"Report" xəbər verir ki, "UFC Fight Night" 251 turniri fevralın 16-na keçən gecə ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərində keçirilib.
Yüngül çəkidə çıxış edən N.Sadıxov Braziliyadan olan İsmael Bonfim ilə qarşılaşıb.
Döyüşün birinci raundu nisbətən bərabər mübarizə şəraitində keçsə də, həlledici məqam fasiləyə az qalmış azərbaycanlı döyüşçüsünün Bonfimin sağ göz nahiyəsinə ayaqla uğurlu zərbə endirməsi olub. Braziliyalı ilk 5-dəqiqəlik raundun sonuna qədər tab gətirə bilib.
Birinci və ikinci raund arasında fasilə zamanı həkimlər Nazimin rəqibinin sağ gözü ilə görə bilmədiyini müəyyən etdikdən sonra döyüşü dayandırıblar.
Beləliklə, Nazim Sadıxov UFC-də 10-cu qələbəsini qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:201
Bu xəbər 16 Fevral 2025 06:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















