Azərbaycanlı hakim AÇ oyununda baş hakim olacaq
futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
FIFA referisi Kamal Umudlu UEFA-dan növbəti təyinat alıb.
Futbolpress.az xəbər verir ki, Umudlu 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinin A qrupu çərçivəsində keçiriləcək Albaniya – Almaniya oyununun baş hakimi olacaq. Ona finlandiyalı Olli Jantunen və xorvatiyalı Luka Pajić kömək edəcəklər. Dördüncü hakim funksiyasını xorvatiyalı Patrik Kolarić yerinə yetirəcək.
Qrup mərhələsinin II turunun qarşılaşması mayın 22-də Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək.
Qeyd edək ki, Kamal Umudlu Avropa çempionatının final mərhələsinə ehtiyat hakim kimi təyinat almışdı. Lakin qitə birinciliyinin ümumi siyahısında yer alan baş hakimlərdən biri zədələndiyindən, onu Umudlu əvəzləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 10 İyun 2026 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















