Icma.az
close
up
RU
Azərbaycanlı həkimlər bu xəstəliyin ÇARƏSİNİ TAPDILAR

Azərbaycanlı həkimlər bu xəstəliyin ÇARƏSİNİ TAPDILAR

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu barədə Ölkə.az-a Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirib ki, bu müasir rekonstruktiv mikrocərrahiyyənin ən mürəkkəb əməliyyatlarından biri hesab olunan üsul, xroniki limfedemanın, xüsusilə süd vəzi xərçəngi səbəbindən aparılan əməliyyat və limfa düyünlərinin çıxarılmasından sonra yaranan yuxarı ətraf limfedemasının müalicəsində tətbiq edilir.

Əməliyyat zamanı xəstənin kürəyinin yuxarı hissəsində yerləşən paraskapulyar nahiyədən qan damarları ilə birlikdə sağlam limfa düyünləri götürülərək qoltuqaltı nahiyəyə köçürülüb. Mikrocərrahi texnologiyalar vasitəsilə diametri 1 millimetrdən də kiçik olan damarlar xüsusi mikroskop altında birləşdirilib və köçürülmüş toxumanın qan təchizatı tam bərpa edilib.

Məlumata görə, paraskapulyar donor sahə dünyada ən təhlükəsiz donor nahiyələrindən biri hesab olunur. Bu sahədən limfa düyünlərinin götürülməsi aşağı ətrafda limfedema yaranması riskini minimuma endirdiyi üçün son illərdə beynəlxalq praktikada geniş tətbiq edilir.

Vaskülarizə olunmuş limfa düyünü transferinin məqsədi limfa dövranını bərpa etmək, yeni limfa damarlarının əmələ gəlməsini stimullaşdırmaq və zədələnmiş nahiyədə limfa drenajını yaxşılaşdırmaqdır. Bu metod sayəsində xəstələrdə qolun şişkinliyinin azalması, təkrarlayan sellülit epizodlarının sayının əhəmiyyətli dərəcədə enməsi, kompressiya vasitələrindən asılılığın azalması və həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşması mümkündür.

Beynəlxalq elmi araşdırmalara əsasən, uyğun seçilmiş xəstələrdə əməliyyatdan sonra ətraf həcminin 20–60 faiz azalması müşahidə olunur, eyni zamanda infeksiya epizodlarının tezliyi əhəmiyyətli dərəcədə aşağı düşür.

Bu əməliyyat xroniki limfedemanın II–III mərhələsində olan, konservativ müalicədən kifayət qədər fayda görməyən, təkrarlayan dəri infeksiyaları keçirən və limfa damarlarının ciddi zədələnməsi səbəbindən digər mikrocərrahi üsulların effektiv olmadığı xəstələr üçün nəzərdə tutulur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 İyul 2026 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri