Icma.az
close
up
RU
Azərbaycanlı iş adamları üçün fürsət

Azərbaycanlı iş adamları üçün fürsət

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycanlı sahibkarlar və startapçılar üçün Afrika bazarına çıxış imkanları genişlənir. Bu ilin aprel ayında Mərakeşdə iki mühüm beynəlxalq tədbir – GITEX Africa 2025 (Afrikanın ən böyük texnoloji və startap tədbirinin üçüncü buraxılışı) və Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (SIAM) keçiriləcək. Hər iki tədbirdə iştirak üçün viza tələb olunmur ki, bu da Azərbaycan iş adamları üçün əlavə üstünlük yaradır”.

Metbuat.az xəbəb verir ki, bunu Afrika-Azərbaycan Ticarət Əlaqələri təşkilatının təsisçisi Rəna Qəfərova bildirib.

O qeyd edib ki, GITEX Africa 2025 tədbiri 14-16 aprel tarixlərində Mərakeşdə baş tutacaq. Bu, Afrikanın ən böyük texnologiya və startap sərgisidir və dünyanın müxtəlif ölkələrindən olan texnologiya nəhənglərini, investorları, startapları və innovasiya liderlərini bir araya gətirəcək:

“Bu tədbir çərçivəsində süni intellekt, kibertəhlükəsizlik, fintex, yaşıl texnologiyalar və rəqəmsal transformasiya sahələrində ən son yeniliklər müzakirə ediləcək. Azərbaycanlı sahibkarlar bu sərgidə iştirak edərək Afrika bazarında yeni tərəfdaşlar tapa, investisiya imkanlarını dəyərləndirə və qlobal texnologiya trendləri ilə tanış ola bilərlər”.

R.Qəfərova növbəti tədbirlə bağlı da məlumat verib:

“Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (SIAM) 21-27 aprel tarixlərində Meknes şəhərində keçiriləcək. Bu il tədbirin əsas mövzusu “Kənd təsərrüfatı və kənd dünyası: Su davamlı inkişafın mərkəzində” olacaq. Sərgidə kənd təsərrüfatı texnologiyaları, su resurslarının idarə edilməsi, ekoloji dayanıqlılıq və aqrar innovasiyalar mövzusunda təqdimatlar və müzakirələr keçiriləcək.

Bu sərgi, kənd təsərrüfatı və qida sənayesi ilə məşğul olan azərbaycanlı sahibkarlar üçün yeni bazarlara çıxış, beynəlxalq təcrübə mübadiləsi və innovativ həllərin tətbiqi baxımından böyük fürsət yaradır. Sərgidə dünyanın aparıcı kənd təsərrüfatı şirkətləri, avadanlıq istehsalçıları və ekspertləri iştirak edəcək”.

R.Qəfərova vurğulayıb ki, Afrika bazarı son illərdə sürətlə inkişaf edir və investorlar üçün yeni imkanlar təqdim edir:

“Xüsusilə startap, texnologiya və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən sahibkarlar üçün bu tədbirlər yeni əməkdaşlıqlar qurmaq və bizneslərini genişləndirmək baxımından əhəmiyyətlidir.

Bir daha qeyd etmək istərdim ki, azərbaycanlı sahibkarlar və iş adamları üçün bu tədbirlər böyük perspektivlər və gələcək əməkdaşlıq imkanları vəd edir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 03 Aprel 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see429

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see299

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see299

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see294

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see228

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see214

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see212

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see205

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see205

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see201

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see190

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see188

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see188

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see169

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see166

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see166

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see164

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see164

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri