Icma.az
close
up
RU
Azərbaycanlı iş adamları hədəfdə indi də Ağalarov...

Azərbaycanlı iş adamları hədəfdə indi də Ağalarov...

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı və Moskvanın münasibətlərdəki gərginliyə son qoymaları barədə birgə bəyanatından sonra şimal qonşumuzdakı bəzi çevrələr azərbaycanəsilli iş adamlarını niyə hədəf alıblar?

“Crocus”un sabiq vitse-prezidenti, vaxtilə Araz Ağalarovun yaxın dostu kimi təqdim edilən Eldar Dadaşovun məhkəməsində son qərar elan edilib. Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Dadaşov Ağalarovun şirkətlər qrupunda vaxtilə yüksək mövqe tutub, biznes şəriki olublar. Lakin sonradan onların arasında münaqişə yaranıb. Rusiya mediasının iddiasına görə, Araz Ağalarovla münasibəti pozulduqdan sonra Dadaşov cinayət işi üzrə fiquranta çevrilib. Onun evində axtarışlar aparılıb, bütün aktivlərinə həbs qoyulub, özü isə məhkəməyədək ölkədən çıxmamaq şərti ilə azadlıqda qalıb. Eyni tədbirlər onun iki biznes tərəfdaşına – ata və oğul Şepetilnikovlara da tətbiq olunub. Bildirilir ki, cinayət işinə səbəb “Vostoçnı” kosmodromu üçün texniki kompleksin tikintisi ilə bağlıdır.

Xüsusilə iri məbləğdə vergidən yayınma ilə bağlı cinayət işi tikintini aparan “MDT Group” şirkətinə qarşı açılıb. Şirkətin təsisçisi və direktoru Pavel Şepetilnikovdur. O, “Crocus”da “Vostoçnı” kosmodromunda texniki kompleksin tikintisinə rəhbərlik etmiş Aleksey Şepetilnikovun oğludur. 2020-ci ildə Ağalarovun şirkəti kosmodromda hava limanı kompleksinin birinci mərhələsinin tikintisi üzrə 28,17 milyard rubl dəyərində müqaviləni tendersiz əldə edib. Layihəyə “Crocus” tərəfindən Eldar Dadaşov kuratorluq edib. Vergi yoxlaması zamanı “MDT Group” şirkətinə 457 milyon rubl məbləğində əlavə vergi, cərimə və faiz hesablanıb. Vergi orqanları hesab edib ki, şirkət “Crocus”la əməkdaşlıq çərçivəsində saxta tərəfdaşlarla işləyərək qanunsuz ƏDV çıxarışları əldə edib.

Qeyd olunur ki, 2025-ci ildə məhkəmə işi ilk dəfə geri qaytarılıb – səbəb istintaqda yol verilmiş pozuntular olub. Məsələn, ittihamda yoxlanılmayan illər də göstərilib. Bundan əlavə, şahid ifadələrində Dadaşovun adı ümumiyyətlə çəkilmir və vergi orqanları zərərin dəqiq məbləğini müəyyən etməyib. Buna baxmayaraq, iş yenidən məhkəməyə göndərilib və bu ilin mart ayında baxılıb. Bildirilir ki, hökm çox qısa müddətdə – hətta “Crocus City Hall” terror işi üzrə hökmün verildiyi gün çıxarılıb. Amma bu məlumatlarda Dadaşov barəsində hansı qərar verildiyi açıqlanmır.

Bildirilir ki, hazırda “Crocus”un Vostoçnı kosmodromu-dakı tikinti işləri İnna Yeqorovanın rəhbərliyi ilə davam edir. O, əvvəllər Krımda hüquqşünas kimi fəaliyyət göstərib və Ağalarovun yüksək etimadını qazanıb.

Son günlər Azərbaycanla Rusiya hakimiyyəti arasında AZAL təyyarəsinə görə yaranmış gərginliyin tərəflərin razılaşması ilə bitməsinin rəsmi bəyanından sonra şimal qonşumuzdakı bəzi çevrələr azərbaycanəsilli iş adamlarını hədəf alırlar. Belə ki, bir sıra Telegram kanalları Sankt-Peterburqda təsis olunan “Fəxri xeyriyyəçi” mükafatının ilk dəfə Azərbaycan doğumlu iş adamı Qod Nisanova verilməsi ətrafında hay-küy qaldırıblar. Həmin dairələr Nisanovun biznes fəaliyyəti ilə bağlı illərdir məlum olan mövzuları yenidən gündəmə gətirir. Onun sahib olduğu bazarlarda miqrantların fəaliyyəti, ticarət obyektlərində baş verən müxtəlif hadisələr qabardılır və bu, mükafatın verilməsinə qarşı arqument kimi təqdim olunur.

İndi Ağalarovun keçmiş müavini haqda yazılarda da “Crocus City Hall” dakı məlum terror hadisəsi yada salınır, azərbaycanlı biznesmenə bağlı şirkətlərin iri məbləğdə vergilər ödəmədiyi iddia olunur. “Mənbəyə görə, “Crocus”un sahibi istintaq orqanlarının nümayəndələri ilə yaxşı münasibətlərə malikdir. İddialara əsasən, bu əlaqələr sayəsində Ağalarovlar “Crocus City Hall”dakı terror hadisəsindən sonra hüquqi məsuliyyətdən yayına biliblər. “Crocus City Hall” ilə bağlı araşdırmalarda qeyd olunurdu ki, çoxsaylı insan itkisinə səbəb təhlükəsizlik qaydalarının pozulması da olub. Bəzi çıxış qapılarının bağlı olması nəticəsində insanlar yanğın və tüstüdən xilas ola bilməyiblər” deyə, Dadaşovdan bəhs edilən məqalədə Ağalarov daha çox hədəfə çıxarılır...

Musavat.com


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 24 Aprel 2026 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri