Icma.az
close
up
RU
Azərbaycanlı məktəbli Camal Əfəndi beynəlxalq mükafata layiq görüldü FOTO

Azərbaycanlı məktəbli Camal Əfəndi beynəlxalq mükafata layiq görüldü FOTO

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Bakı şəhəri İlqar İbrahimov adına 167 nömrəli tam orta məktəbin şagirdi Camal Əfəndi beynəlxalq mükafatlara layiq görülüb.

AZXEBER.COM xəbər verir ki, C.Əfəndi 2025-ci il mart ayında Nyu Yorkda BMT- nin baş ofisində keçirilən "Change the World MUN” konfransında ölkəmizi uğurla təmsil edib.

194 ölkədən qatılmış 7000 gəncdən ibarət olan konfransda 15-18 yaşlı nümayəndələr arasında 10 mükafatdan ikisini Azərbaycan qazanıb. 

Həmin mükafatları qazanan şagirdlərimizdən biri də Camal Əfəndidir.

O, beynəlxalq məsələlərin müzakirəsində analitik düşüncə tərzi, mükəmməl nitq qabilliyyəti, araşdırma və s qabilliyyətinə görə "Best Delegate” və "Best Delegation” mükafatlarına layiq görülüb.  Daha sonra Camal Əfəndi BİC - ofisinə dəvət alıb. 

Onu da qeyd edək ki, bu Camal Əfəndinin iştirak etdiyi ikinci beynəlxalq miqyaslı tədbir olub. Onun iştirak etdiyi ilk tədbir Fransada UNESCO-nun baş ofisində olub. Həmin vaxt o, "Honorable Mention” mükafatına layiq görülmüşdü.

Camal Əfəndi ilə yanaşı, Alpay Novruzov, Bakı şəhəri İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyinin 10-cu sinif şagirdləri Lalə Musayeva və Omar Qurbanov da CWMUN konfransında nailiyyətlər əldə ediblər. Belə ki, adları çəkilən hər iki məktəbli "Change the World Model United Nations New York 2025”də ölkəmizi BMT-nin baş ofisində təmsil ediblər.

194 ölkədən bir araya gələn 7000 gənc arasında şagirdlərimiz "Honourable mention” mükafatına layiq görülüblər.

Məlumat üçün bildirək ki, CWMUN - BMT formatında keçirilən konfransdır. Bu tədbir diplomatiya ilə maraqlanan gənclərin, şagirdlərin bir araya gəlib beynəlxalq məsələləri müzakirə edib, həll yolunu tapma platformasıdır.

Konfransa qatılan iştirakçılar müxtəlif ölkə və təşkilatları təmsil edərək müzakirə bacarıqlarını inkişaf etdirirlər. Bunun üçün iştirakçılar geniş tədqiqat aparmalı, sosial ədalət, insan haqları, ekoloji problemlər, səhiyyə və digər məsələlərə dair müzakirələr etməlidirlər.

Vətənimizi layiqincə təmsil edən gənclərimizə uğurlar arzu edirik. 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 11 Aprel 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri