Azərbaycanlı milyarder 1 gündə 51 milyon dollar itirdi
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan əsilli rusiyalı iş adamı, "Lukoil" şirkətinin təsisçisi Vahid Ələkbərovun sərvətində dəyişiklik qeydə alınıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qlobal bazarda baş verən son dalğalanmalar nəticəsində iş adamı son bir sutka ərzində 51 milyon dollar itirib. Hazırda onun xalis sərvəti 23,4 milyard dollar səviyyəsində qiymətləndirilir. Bu göstərici ilə Ələkbərov dünyanın ən zəngin insanları siyahısında 110-cu yerdə qərarlaşıb.
Gündəlik kiçik itkilərə baxmayaraq, 2026-cı ilin əvvəlindən bəri Vahid Ələkbərov üçün maliyyə ili uğurlu keçir. Belə ki, ilin ilk dörd ayı ərzində onun ümumi sərvəti təxminən 887 milyon dollar artıb. Mart ayında isə neft bazarındakı aktivlik fonunda bu rəqəmin daha yüksək (25 milyard dollara yaxın) olduğu bildirilirdi.
1950-ci ildə Bakıda doğulan Vahid Ələkbərov uzun illər Rusiyanın ən iri özəl neft şirkəti olan "Lukoil"a rəhbərlik edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 02 May 2026 09:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















