Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77 ci pillədədir
Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan əsilli rusiyalı iş adamı, “Lukoil” neft şirkətinin təsisçisi Vahid Ələkbərov dünyanın ən varlı milyarderlərinin reytinqində 77-ci yerdə qərarlaşıb.
Banco.az xəbər verir ki, Forbes-un 21 noyabr tarixinə olan onlayn reytinqində 76 yaşlı Vahid Ələkbərovun sərvəti 29,5 milyard dollar qiymətləndirilib.
Xatırladaq ki, Vahid Ələkbərov 1950-ci il sentyabrın 1-də Bakıda anadan olub. O, Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil alıb. Əmək fəaliyyətinə neft sənayesində başlayan Ələkbərov sonradan Sovet İttifaqının neft-qaz sektorunda rəhbər vəzifələrdə çalışıb.
1991-ci ildə o, Rusiyada üç iri neft hasilatı müəssisəsinin birləşdirilməsi əsasında “Lukoil” şirkətini yaradıb. Şirkət sonradan Rusiyanın ən böyük müstəqil neft şirkətlərindən birinə çevrilib.
Ələkbərov uzun illər “Lukoil” şirkətinə rəhbərlik edib. O, 1993-cü ildən şirkətin prezidenti olub, 2022-ci ilin aprelində isə bu vəzifədən istefa verib. Forbes-un məlumatına görə, onun şirkətdəki payı təxminən 30 faizdir.
Trend
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 21 Noyabr 2026 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















