Icma.az
close
up
RU
Azərbaycanlı professor uzun illər həlli tapılmayan tənliyin öhdəsindən gəlib

Azərbaycanlı professor uzun illər həlli tapılmayan tənliyin öhdəsindən gəlib

Icma.az, Oxu.az saytına istinadən bildirir.

120-dən çox elmi məqalənin müəllifi olan həmyerlimiz Kamal Soltanov riyaziyyatda bir çox yeniliyə imza atıb.

Oxu.Az "Azərbaycan" qəzetinə istinadla xəbər verir ki, onun daha çox səs salan uğuru "Navye-Stoks bərabərliyi"nin həllini tapmasıdır.

Məlumat üçün bildirək ki, "Navye-Stoks bərabərliyi" uzun illər həlli tapılmayan vacib, klassik məsələlər olan 7 riyazi problemdən biridir.

"Öncə onu deyim ki, "Navye-Stoks" tənlikləri həyatda baş verən prosesin riyazi modeli oldması səbəbində üçölçülü vəziyyət üçün yazılıb və bu tənliklər sadəcə mayedə deyil, həm də bir çox prosesin riyazi modellərində, məsələn, hidrodinamikada, sinergetikada, ekologiyada, metrologiyada, qaz axınlarında və sairdə istifadə olunur. Ən vacib proseslərdən biri olan turbilensin araşdırılmasında da bu tənliklər əsas rol oynayır. "Navye-Stoks" tənlikləri qeyri-xətti olduğu üçün onun həll edilməsi illərlə mümkün olmayıb. Bu tənliklər əldə edildikdən 100 il sonra 1932-ci ildə onun üçün qoyulmuş problemin zəif həllinin varlığı isbat edilib, hansı funksiyalar sinfində olduğu tapılıb. Amma "həll təkdir, yoxsa çoxdur?" sualı açıq qalıb. Yəni həllər çoxdursa, o zaman onlar fərqli funksiyalarla göstərilə bilər və bu zaman prosesin hansı istiqamətə yönələcəyindən danışmaq mümkün olmayacaq. Ona görə də, 90 il idi bir nəticə əldə edilmirdi. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, mən bu problemi həll etdim. Bunun çox önəmli olduğunu deməkdən çəkinmirəm. Amma əgər həll çoxdursa, o zaman axının hansı istiqamətdə davam edəcəyini əvvəlcədən söyləyə bilmərəm", - K.Soltanov bildirib.

Qeyd edək ki, riyaziyyat elmləri doktoru, professor Kamal Soltanov 1966-1971-ci illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU) ali təhsilini başa vurduqdan sonra Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda işləyib. 1972-ci ilin noyabr ayında Moskva Dövlət Energetika İnstitutunun aspiranturasına daxil olub. 1975-ci ildə aspiranturanı bitirərək Bakıya dönüb və yenidən Riyaziyyat və Mexanika İnstitutunda işə başlayıb. Düz 27 il bu elm ocağında riyaziyyatın sirlərini araşdırıb, namizədlik və doktorluq dissertasiyalarını müdafiə edib. Çalışdığı illərdə elmin üst pilləsinə yüksəlib, professor olub. 2003-cü ildə Kamal Soltanovu Türkiyənin Hacettepe Universitetinə dəvət ediblər. Professor burada 13 il çalışıb. 2018-2020-ci illərdə İğdır Universitetindən dəvət alan Kamal müəllim tədqiqatlarını bu elm və təhsil ocağında davam etdirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Dekabr 2024 22:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see207

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see176

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see164

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see140

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see131

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see129

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see125

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see123

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see122

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see121

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see121

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see120

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see120

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see119

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see119

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see119

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see119

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see117

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114

Piastri İspaniya Qran prisinə ilk pillədən start verəcək

31 May 2025 19:49see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri