Icma.az
close
up
RU
Azərbaycanlı respondentlər Avropa İttifaqı ilə müqayisədə Çini daha çox güvənilən və ədalətli hesab edir

Azərbaycanlı respondentlər Avropa İttifaqı ilə müqayisədə Çini daha çox güvənilən və ədalətli hesab edir

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

“2024-cü ilin 3 iyulunda Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalandı. Bu bəyannamədə beynəlxalq münasibətlərin əsas prinsipləri vurğulanır: bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmama, bərabərlik, etimad, qarşılıqlı dəstək və qarşılıqlı fayda. Çin, Avropadan fərqli olaraq bu prinsiplərə və dəyərlərə hörmətlə yanaşır. Qərb, o cümlədən Avropa İttifaqı isə dövlətlərin daxili işlərinə qarışmağı öz varlığının əsas məqsədlərindən biri olaraq görür”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə bildirib ki, bu, sadəcə Aİ-Azərbaycan münasibətləri perspektivindən deyilən bir söz deyil: “Dünyanın istənilən nöqtəsinə Aİ dəstək və yatırım layihələri ilə gedirsə, burada öz “dəyərlərini” təlqin etməyə başlayır. Bu dəyərlər yerləşdirilmək istəndiyi cəmiyyətə bəzən uzaq və yad olmasına baxmayaraq, Avropa əks tədbirləri siyasi təzyiq, basqı olaraq alqılayır və buna uyğun olaraq ölkələrə qlobal yanaşma tərzi formalaşdırır, təbliğat sənədləri və qlobal reytinq cədvəllərində möqeyini aşağı salmağa çalışır və dövlətlərin milli maraqlarına zərbə vurur. Aİ-dən fərqli olaraq Çində bu belə deyil. Elə buna görə də Aİ ilə müqayisədə Çin daha çox etimada sahibdir. Təsadüfi deyil ki, STM çərçivəsində 2024-cü ilin iyulunda 412 resondentin iştirakı ilə keçirdiyim ictimai rəy sorğusunda bəlli olmuşdur ki, Azərbaycanlı respondentlər Aİ ilə müqayisədə Çini daha çox güvənilən və ədalətli hesab edir”.

STM çərçivəsində 2024-cü ilin iyulunda 412 resondentin iştirakı ilə keçirilən ictimai rəy sorğusu

“Keçirilən ictimai rəy sorğusunun nəticələrindən də göründüyü kimi, Qərb institutları, xüsusilə Avropa Şurası, Avropa Parlamenti, AŞPA, ATƏT və s. bu kimi qurumların 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana qarşı sərgilədiyi mövqe, anti-Azərbaycan qətnamə, bəyanat və açıqlamalar Azərbaycan cəmiyyətində kollektiv Qərbi simvolizə edən ümumi obraz olaraq Aİ-yə qarşı güvənsizlik duyğusunun artması ilə, Aİ-nin ölkəmizə qarşı qərəzli olmasına dair ictimai rəyin formalaşması ilə nəticələnmişdir. Bu da Azərbaycanın 2020-ci ildən sonrakı dövrdə Çinlə yeni strateji münasibətlər qurmasına, xüsusilə iqtisadi olaraq Çinlə əməkdaşlığın faydalı olması barədə ictimai rəy də nəzərə alınaraq, 2020-ci illərdə yenidən qütbləşmə meylləri sərgiləyən dünyada ölkənin Çinə yaxınlaşmasında özünü biruzə verməkdədir. Bununla yanaşı qeyd olunmalıdır ki, Azərbaycanın Vətən müharibəsindən sonrakı siyasəti onun beynəlxalq nüfuzunu artırmaqla yanaşı, Şərq və Qərb arasında strateji keçid, bağlayıcı ölkə olaraq əhəmiyyətini də artırır. Artıq Azərbaycan milli sənədlərində özünü sadəcə Avro-Atlantik  təhlükəsizlik arxitekturasının ayrılmaz  bir halqası deyil, Şərq və Qərb blokları arasında, yəni ŞƏT və Aİ arasında etibarlı bir körpü olaraq təqdim edə bilər. ŞƏT-ə üzvlük Azərbaycanın tamamilə Çin yönümlü siyasi reorioentasiyası sayıla biləcəyinə görə gözlənilmir.

Cənab Prezident İlham Əliyevin Çin kanalına müsahibəsində vurğuladığı kimi, ŞƏT-lə sadəcə dialoq üzrə tərəfdaşlığımız vardır (NATO ilə sülh üçün tərəfdaşlıq proqramı olduğu kimi). Lakin ehtimal ki, çoxqütblü dünya nizamının strukturu müəyyənləşdikdən sonra, qlobal Cənubun gedərək daha çox iqtisadi imkanlar təklif edən BRICS adlı təşkilatına üzvlük həm Azərbaycan, həm də qardaş Türkiyə üçün yaxın gələcəkdə mümkün ola bilər. Türkiyə və Azərbaycan qardaşlığı və əməkdaşlığının bütün sahələrdə olduğu kimi, bu məsələdə də ortaq çalışmalarla davam edəcəyi gözlənilir.

Azərbaycanın Çinlə artan siyasi tərəfdaşlığı bu gün özünü iqtisadi və mədəni əlaqələrin güclənməsində biruzə verir. Məsələn, 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,3 milyard dollar idisə, ötən illərdə bu rəqəm 3 dəfə artaraq hazırda 3,7 milyard dollar olub. Beləcə, Çin bu gün Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşıdır. Qlobal Şərq-Qərb dəhlizinin inkişafı və bu istiqamətdə yükdaşımaların ilbəil artması Azərbaycanın tranzit rolunu və Çinlə  iqtisadi əlaqələrini daha da artırır. Yaxın gələcəkdə Bakı-Tiflis-Qars dəmir yolu xəttinin fəaliyyətə açılması və perspektiv Zəngəzur dəhlizinin işə düşməsi Azərbaycanı həm də Şərq-Qərb arasında sərnişin daşımasında ən qısa və etibarlı maşrturlardan birinə çevirə bilər”-deyə politoloq bildirib.

“İnsanlararası təmaslar dövlətlərarası təmasın təməlində dayanan mühüm faktordur. Çinlə Azərbaycan arasında humanitar əlaqələr xüsusilə Çində Azərbaycan dili və mədəniyyətini öyrənən mərkəzlərin açılması, dilimizin tədris olunduğu kafedranın fəaliyyəti ilə gedərək güclənməkdədir. Bütün bunlar Azərbaycan-Çin əlaqələrinin böyük imkanları özündə daşıdığından xəbər verir. Bu əməkdaşlıq bizə, xüsusilə Çinin yüksək texnologiya, innovasiya, alternativ enerji sahəsində üstünlüklərindən faydalanmağa imkan verə bilər”-deyə Şəhla Cəlilzadə vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Aprel 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri