Qərbdə müsəlmanların siyasi nüfuzu artır
Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ və Avropanın bir sıra ölkələrində müsəlman icmalarının demoqrafik çəkisinin artması onların siyasi proseslərdə iştirakına və dövlət institutlarında təmsilçiliyinə də təsir göstərir.
Son dövrlərdə müşahidə olunan bu tendensiya Qərb siyasətində yeni reallıqlar formalaşdırır.
Gununsesi.info xəbər verir ki, bu barədə siyasi şərhçi Turan Rzayev yazıb.
Müəllif qeyd edir ki, ABŞ-da keçirilən aralıq seçkilərin diqqətçəkən nəticələrindən biri 42 yaşlı Demokratlar Partiyasının təmsilçisi Abdul El-Sayedin Miçiqan ştatından Senata seçilməsi olub. Onun Respublikaçı rəqibi Mayk Rocersi məğlub etməsi ABŞ tarixində Senata seçilən ilk müsəlman olması ilə əlamətdar hadisəyə çevrilib.
Turan Rzayevin fikrincə, bu hadisə təkcə fərdi siyasi uğur deyil, ABŞ-da müsəlmanların siyasi təmsilçiliyinin yeni mərhələyə keçməsinin göstəricisidir.
Müəllif Böyük Britaniyanı da bu tendensiyanın müşahidə olunduğu ölkələrdən biri kimi göstərir. Bildirilir ki, 2011-ci ildə İngiltərə və Uels əhalisinin 4,9 faizi özünü müsəlman hesab etdiyi halda, 2021-ci ildə bu göstərici 6,5 faizə yüksəlib. Müsəlman əhalinin sayı 2,7 milyondan 3,9 milyona çatıb. Eyni zamanda, müsəlman əhalinin median yaşının 27 olması bu icmanın gələcək seçici nəslin formalaşmasında da əhəmiyyətli paya malik olduğunu göstərir.
Rzayevin yazısında qeyd olunur ki, demoqrafik dəyişikliklər Britaniyanın siyasi həyatında da özünü göstərir. 2024-cü il parlament seçkilərindən sonra İcmalar Palatasında müsəlman deputatların sayı rekord həddə – təxminən 25 nəfərə çatıb. London meri Sadiq Xanın siyasi fəaliyyəti də müsəlman mənşəli siyasətçilərin ölkənin idarəçilik sistemində təmsilçiliyinin nümunəsi kimi təqdim olunur.
ABŞ-da da oxşar proseslərin getdiyini vurğulayan müəllif müsəlman əhalinin sayının artmasına və seçilmiş vəzifəli şəxslərin sayının çoxalmasına diqqət çəkir. Onun təqdim etdiyi məlumatlara əsasən, ölkənin 26 ştatında müxtəlif səviyyələrdə 255 müsəlman seçilmiş vəzifəli şəxs fəaliyyət göstərir.
Turan Rzayev eyni zamanda hesab edir ki, müsəlman icmaları artıq yalnız seçkilərdə müəyyən namizədlərə dəstək verən sosial qrup deyil, həm də öz siyasi təmsilçilərini irəli sürən, seçki nəticələrinə təsir göstərən və ictimai gündəliyin formalaşmasında iştirak edən siyasi aktora çevrilirlər.
Müəllif bu prosesi Qərbdə siyasi İslamın yüksəlişi kontekstində də qiymətləndirir. Bununla belə, vurğulayır ki, müsəlman kimliyi ilə tanınan siyasətçilərin mövqeləri vahid ideoloji xətt üzrə formalaşmır. Onların bir qismi liberal siyasi sistem daxilində fəaliyyət göstərir, dünyəvi idarəçilik modelini və liberal dəyərləri dəstəkləyir, digər qismi isə dini və mədəni kimliklərinin ictimai-siyasi həyatda daha geniş təmsil olunmasına çalışır.
Orxan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 06 Noyabr 2026 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















