Icma.az
close
up
RU
Azərbaycanlı şoumen aliment pulunun azaldılmasını istəyir

Azərbaycanlı şoumen aliment pulunun azaldılmasını istəyir

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Azərbaycan əsilli rusiyalı şoumen Timur Rodrigezin keçmiş həyat yoldaşı Anna Devoçkinadan olan iki oğlu üçün alimentin azaldılması tələbi yenidən təmin edilməyib.

Axşam.az xəbər verir ki, şoumen bir ildən artıqdır övladları üçün ödədiyi alimentin 1,5 milyon rubldan (31 min manat) 500 min rubla (10 min manat) endirilməsinə çalışır. Onun vəkili Sergey Jorin bildirib ki, hüquqşünaslar ödənişlərin azaldılması üçün mübarizəni davam etdirəcəklər.

Jorinin sözlərinə görə, məhkəmədən aylıq alimentin 500 min rubla endirilməsi ilə yanaşı, uşaqların biznes-klassla uçuşları ilə bağlı öhdəliyin də dəyişdirilməsi istənilib. Lakin məhkəmə uşaqların biznes-klass əvəzinə ekonom-klassla uçmasına belə razılıq verməyib. Buna səbəb kimi valideynlərin uşaqları müəyyən həyat tərzinə alışdırması göstərilib.

“Biz aylıq ödənişin 500 min rubla endirilməsini istədik. Bu məbləğ Moskvada bir uşaq üçün yaşayış minimumunun təxminən 23 mislinə bərabərdir. Həmçinin biznes-klassla uçuş öhdəliyinə yenidən baxılmasını, digər əlavə xərclərin isə saxlanılmasını təklif etdik. Maraqlıdır ki, məhkəmə biznes-klassın ekonom-klassla əvəzlənməsinə belə razı olmadı. İclas zamanı valideynlərin uşaqları biznes-klassla uçmağa özlərinin alışdırdığı bildirildi” deyə, vəkil bildirib.

Bundan əvvəlki məhkəmə iclasında Rodrigez uşaqlarının və keçmiş həyat yoldaşının İspaniyadan Rusiyaya köçməsinin onlar üçün daha uyğun olacağını əsaslandırmağa çalışıb. Hazırda 17 yaşlı Migel və 13 yaşlı Daniel İspaniyada yaşayırlar. Şoumen Rusiyada onların rahat şəraitdə yaşaması üçün əlindən gələni etməyə hazır olduğunu deyib.

Rodrigez həmçinin son bir ildə gəlirlərinin azaldığını və müəyyən edilmiş aliment məbləğini ödəməkdə çətinlik çəkdiyini göstərən sənədləri məhkəməyə təqdim edib. Buna baxmayaraq, “Super.ru” daha əvvəl sənətçinin 45 dəqiqəlik özəl çıxış üçün təxminən 1,5 milyon rubl qazandığını yazıb. Beş saatlıq çıxış üçün isə onun qonorarının 2,5 milyon rubl (51 min manat) olduğu bildirilir.

Qeyd edək ki, Timur Rodrigez və Anna Devoçkina 2007-ci ildə ailə qurublar. Cütlüyün bu nikahdan iki oğlu var. Ayrılığın səbəbi ilə bağlı Annanın şoumenin xəyanətlərinə eyham vurduğu bildirilsə də, Rodrigez bu iddiaları inkar edib. Bundan qısa müddət sonra o, yeni sevgilisi Katya Kabakla ictimaiyyət qarşısına çıxmağa başlayıb.

Rodrigez və Kabakın 2023-cü ilin payızından münasibətdə olduğu bildirilir. 2025-ci ilin mayında şoumen Anna Devoçkina ilə 16 illik evliliyinə rəsmən son qoyub. Həmin vaxt Anna xaricdə olub və Timur onunla telefon danışığı zamanı ayrıldığını bildirib.

Rodrigez və Kabak iki ay əvvəl evlənib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://axsam.az
archiveBu xəbər 21 Avqust 2026 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see336

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see308

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see268

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see252

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see250

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see246

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see241

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see233

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see230

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see227

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see217

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see216

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see214

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see209

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see207

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see204

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see202

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see201

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see186

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri