Icma.az
close
up
RU
Azərbaycanlı tələbə: Kolumbiya Universitetində tam təqaüdlə təhsil almağım Dövlət Proqramının dəstəyi sayəsində mümkün olub MÜSAHİBƏ

Azərbaycanlı tələbə: Kolumbiya Universitetində tam təqaüdlə təhsil almağım Dövlət Proqramının dəstəyi sayəsində mümkün olub MÜSAHİBƏ

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 2 may, Xatirə Cəfərova, AZƏRTAC

AZƏRTAC xarici ölkələrin nüfuzlu universitetlərində təhsil alan azərbaycanlı tələbələr haqqında məqalələr silsiləsini davam etdirir. Bu dəfəki həmsöhbətimiz ABŞ-ın Nyu-York şəhərində yerləşən Kolumbiya Universitetində idarəetmə elmləri və mühəndislik ixtisası üzrə magistratura təhsili alan Təhminə Mehdiyevadır.

Təhminə 2016-cı ildə Bakıda yerləşən 200 nömrəli Məktəb-Lisey Kompleksini əla qiymətlərlə bitirib. Universitetə qəbul imtahanında 696 bal toplayaraq ADA Universitetinə qəbul olub və burada biznesin idarə edilməsi ixtisası üzrə bakalavr təhsili alıb. 2020-ci ildə universiteti fərqlənmə diplomu ilə başa vurub. Hələ tələbəlik illərində onun yeni texnologiyalar və sahibkarlıq sahəsinə xüsusi marağı formalaşıb. Hazırda Təhminə təhsilini ABŞ-ın Kolumbiya Universitetində magistratura səviyyəsində davam etdirir. Bu ixtisas qabaqcıl texnologiyalar və biznes strategiyalarını bir araya gətirərək real problemləri həll edən proqram təminatı və digər texniki məhsulların hazırlanmasına imkan verir. Magistratura təhsilinə başlamazdan əvvəl o, yerli və xarici şirkətlərdə dörd ilə yaxın müddətdə texniki məhsulların hazırlanması, analitikası və idarə olunması üzrə təcrübə toplayıb.Təhminənin əsas məqsədi texnoloji idarəçilik sahəsində qlobal səviyyədə bilik və bacarıqlarını inkişaf etdirərək bu sahədə Azərbaycanın inkişafına töhfə verməkdir. Təhminə Mehdiyeva ilə müsahibəni təqdim edirik.

-Niyə məhz ABŞ-ın Kolumbiya Universitetini seçdiniz?

-Bakalavr təhsilimi biznes sahəsində alsam da, iş həyatına başladıqdan qısa müddət sonra texniki layihələrə xüsusi marağımın olduğunu anladım. Proqram təminatı məhsullarının idarə olunması, UX/UI dizaynı və müxtəlif proqramlaşdırma dilləri kimi mövzuları müxtəlif mənbələrdən araşdırmağa və öyrənməyə başladım. Qazandığım bu yeni biliklər mənə növbəti texniki layihələrdə işləmək üçün imkanlar yaratdı. Aydın oldu ki, bu gün sürətlə inkişaf edən texnologiyalardan istifadə edən çoxprofilli mühəndis və dizayner komandalarının uğurlu məhsullar ortaya çıxarmasının əsas şərtlərindən biri onların həm texniki, həm də biznes biliklərinə sahib olmalarıdır. Məhz buna görə magistratura təhsilimi həm biznes, həm də mühəndislik sahələrini əhatə edən bir proqram üzrə davam etdirmək qərarına gəldim. Kolumbiya Universitetinin İdarəetmə Elmləri və Mühəndislik proqramı isə bu meyarlara tam cavab verir.

ABŞ həm texnologiya, həm də biznes sahəsində ali təhsil üzrə dünya liderlərindən biridir. Bu səbəbdən ABŞ-dakı bir neçə nüfuzlu universitetdən oxşar proqramlara qəbul aldım. Seçim edərkən universitetlərin ümumi reytinqinə, fakültənin akademik heyətinə, qəbul olunduğum proqramın dərs planının mənim karyera hədəflərimə uyğunluğuna və məzunların sonrakı iş təcrübələrinin maraqlandığım sahələrlə uyğunluğuna xüsusi diqqət yetirdim. Bütün bu meyarlar baxımından Kolumbiya Universiteti mənim üçün ən uyğun və perspektivli seçim oldu.

-Necə oldu ki, Dövlət Proqramı çərçivəsində təhsil almağa qərar verdiniz ?

-Kolumbiya Universiteti kimi nüfuzlu ABŞ ali təhsil müəssisələri yüksək təhsil haqqı ilə seçilir. Belə bir universitetdə tam təqaüdlə təhsil almaq mənim üçün yalnız “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın dəstəyi sayəsində mümkün olub. Maraqlı bir məqam ondan ibarətdir ki, mənim proqramımda məndən başqa yalnız iki qazaxıstanlı tələbənin təhsil xərcləri onların dövləti tərəfindən qarşılanır. Dünyanın müxtəlif ölkələrindən gəlmiş digər tələbələr bu faktı eşidəndə təəccüblənir və öz ölkələrində belə imkanların mövcud olmadığını bildirirlər. Bunu öyrəndikdən sonra Azərbaycanın vətəndaşları üçün yaratdığı təhsil imkanlarının əhəmiyyətini və miqyasını daha dərindən anladım.

-Amerikada hansı çətinliklərlə qarşılaşdınız?

-Amerikaya adaptasiya bir az çətin olur. Azərbaycanla saat fərqi, ailədən və dostlardan uzaq olmaq, yeni və çox dinamik bir mühitə uyğunlaşmaq ilk günlər yorucu gələ bilər. Bu müddətdə yeni tələbə yoldaşlarımla tanış olub sosial çevrəmi genişləndirmək ilkin adaptasiyanı sürətləndirməyə kömək etdi. ABŞ-da təhsil almaq üçün məhdud zaman çərçivəsində çoxsaylı fəaliyyətləri yerinə yetirmək tələb olunur. Bu müddət ərzində tələbə həm dərslərə yüksək davamiyyət göstərməli, həm universitetin təşkil etdiyi müxtəlif tədbirlərdə fəal iştirak etməli, həm də təcrübə proqramlarına qəbul olunmağa çalışmalıdır. Eyni zamanda, səyahət etmək kimi fərdi istəklər bu siyahıya əlavə oluna bilər ki, bütün bunlar tələbənin vaxtını səmərəli idarə etməsini çətinləşdirir. Belə hallarda prioritetlərin düzgün müəyyənləşdirilməsi xüsusilə vacibdir. Mən də vaxtımı həqiqətən önəmli olan fəaliyyətlərə ayırmağa çalışıram. Universitetimizin tələbələrinin əsas hissəsini beynəlxalq tələbələr təşkil edir. Qərbi və Cənubi Avropa, Asiya, eləcə də Cənubi Amerika ölkələrindən gələn tələbələr burada təhsil alırlar. Xüsusilə qeyd etmək istərdim ki, mənim proqramım kimi texniki sahələrdə Hindistan və Çin mənşəli tələbələr üstünlük təşkil edir.

-Kolumbiya Universitetini təhsil almaq sizin üçün necə təcrübə oldu?

-Kolumbiya Universitetində təhsil almaq həqiqətən unikal bir təcrübədir. Burada həm akademik sahədə, həm də dünyanın aparıcı şirkətlərində zəngin təcrübəyə malik professorlardan dərs almaq imkanı qazandım. Dərslər çərçivəsində tələbələrə real şirkətlərlə müxtəlif layihələr üzərində işləmək fürsəti də təqdim olunur. Məsələn, bu tədris ili ərzində mən və komanda yoldaşlarım “Kering” və “Gates Foundation” kimi qlobal şirkətlərlə strateji konsaltinq layihələri üzərində uğurlu əməkdaşlıq etmişik. Bu yay isə dünyanın aparıcı texnologiya şirkətlərindən biri olan “Microsoft”da Texniki Proqram İdarəçiliyi üzrə təcrübə proqramında iştirak edəcəyəm. İnanıram ki, bu uğuruma Kolumbiya Universitetində aldığım təhsilin böyük töhfəsi olub. Kolumbiya Universitetinin əsas üstünlüklərindən biri onun Nyu-York şəhərinin mərkəzi Manhettendə yerləşməsidir. İqtisadiyyat və texnologiya baxımından dünyanın ən dinamik bölgələrindən birində təhsil almaq tələbələrə geniş imkanlar yaradır. Məsələn, “Google” və “Amazon” kimi şirkətlərdə rəhbər vəzifələrdə çalışan professorların səhərlər işlərinə gedib, axşam dərslərdə bizə həmin qabaqcıl şirkətlərdə baş verən son yeniliklər və qlobal əhəmiyyət daşıyan məsələlər barədə danışması əvəzolunmaz bir üstünlükdür.

Təhminə təhsilini başa vurduqdan sonra texnologiya sənayesində fəaliyyətini davam etdirməyi planlaşdırır. O, beynəlxalq miqyaslı şirkətlərdə məhsul və layihə idarəçiliyi sahəsində aktual bacarıqları öyrənmək və bu sahədə təcrübə qazanmaq istəyir. Gələcəkdə isə əldə etdiyi bilik və təcrübələri ölkəmizdəki şirkətlərdə tətbiq etməyə və bu sahənin inkişafına töhfə verməyə çalışacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 May 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005 ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10 cu sessiyasında iştirak edir

18 İyun 2025 13:47see286

ASC və MMC yə məxsus əmlaklar hərraca çıxarılacaq

18 İyun 2025 15:24see160

“Əvvəlcə Zəngəzur dəhlizini verəcəklər, sonra Ermənistana azı 300 min azərbaycanlını gətirəcəklər” Erməni ekspertlər

18 İyun 2025 17:44see143

Survivor dan qazancı məlum oldu

18 İyun 2025 17:25see126

Kazino mövzusu diqqətlə və mərhələli şəkildə araşdırıla bilər MÜNASİBƏT BİLDİRİLDİ

18 İyun 2025 17:16see123

Yaponiyada güclü zəlzələ baş verib

19 İyun 2025 06:21see122

Osmanlı dövründə baş verən ürpədici Vampir hadisəsi FOTOLAR

19 İyun 2025 01:37see122

Azər Qasımlının məhkəməsi başlayıb

18 İyun 2025 17:46see120

Arxeoloqlar dinozavr dövrünə aid “qoblin” qalıqlarını tapıblar...

19 İyun 2025 22:15see119

24 il sonra ilk: ABŞ ın “Qiyamət günü təyyarəsi”... Video

18 İyun 2025 17:37see119

Putin Ərdoğana təşəkkür edib

19 İyun 2025 02:51see119

Tramp: İran təslim olmalı və müqaviməti dayandırmalıdır KONKRET

18 İyun 2025 20:29see118

Yenidən B seriyasında işləyəcək

19 İyun 2025 05:48see117

Yamal Messinin bu yaşda olduğundan daha güclüdür

18 İyun 2025 21:56see117

Rusiya XİN ABŞ yə xəbərdarlıq edir

19 İyun 2025 15:23see116

Avropa Komissiyası bir sıra Aİ ölkələrinə qarşı məhkəmə iddiası qaldıracaq

18 İyun 2025 17:36see115

Mariya Zaxarova Rusiya Ermənistan münasibətlərinə dair sualı cavablandırdı

19 İyun 2025 18:50see114

Tofiq Musayev: Kiminləsə döyüşdən imtinanı özümə yaraşdırmıram

18 İyun 2025 11:17see113

Müharibəyə görə 12 mindən çox iranlı zəvvar geri dönə bilmir

20 İyun 2025 01:59see112

Yeni komissiya yaradıldı SƏRƏNCAM KONKRET

19 İyun 2025 09:48see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri