Icma.az
close
up
RU
Azərbaycanda daha bir Dövlət Proqramının icrası yekunlaşır MÜSAHİBƏ

Azərbaycanda daha bir Dövlət Proqramının icrası yekunlaşır MÜSAHİBƏ

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İTKM) Prezident İlham Əliyevin tapşırığı ilə 10-dan çox dövlət proqramının, strategiyanın monitorinqini və qiymətləndirməsini həyata keçirir. Bunlardan biri də “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”dır. Mərkəzin icraçı diektorunun müavini Ayaz Müseyibov adı çəkilən proqrama dair “Report”un suallarını cavablandırıb:

- “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”nın əsas məqsədləri nələrdir?

- İqtisadiyyatın əsas sektorlarının gələcək tələbatını ödəməyə qadir olan mineral xammal bazasının formalaşdırılması və təbii sərvətlərdən səmərəli istifadənin təmin edilməsi, yeni yataqların kəşfi və qiymətləndirilməsi hesabına mövcud mineral xammal bazasının genişləndirilməsi Dövlət Proqramının həyata keçirilməsinin əsas məqsədlərindən hesab edilir. Bununla yanaşı, nəcib metal, habelə rəqabətqabiliyyətli qeyri-filiz və digər faydalı qazıntı yataqlarının istismara cəlb edilməsi məqsədilə əlverişli mühitin yaradılması istiqamətində tədbirlər görülməsi, dağ-mədən sənayesinin inkişafı, qara və əlvan metallurgiya, qızılçıxarma, kimya sənayesi və tikinti sektorunun mineral xammala tələbatının ödənilməsi məqsədlərinə nail olmaq üçün Dövlət Proqramı çərçivəsində tədbirlər həyata keçirilir.

- Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin monitorinq və qiymətləndirilməsi necə həyata keçirilir? Bu prosesi detallı şəkildə izah edə bilərsinizmi?

- Dövlət Proqramının monitorinqi yarımillik və illik əsasda beynəlxalq və yerli təcrübəyə istinadən hazırlanmış metodoloji çərçivə üzrə aparılır. İcranın səmərəli və effektiv şəkildə həyata keçirilməsini təmin etmək üçün monitorinq və qiymətləndirmə aparılarkən tədbirlərin mahiyyəti üzrə icrasına, gözlənilən nəticələrə, qiymətləndirmə indikatorlarına və icra müddətlərinə diqqət yetirilir. Müvafiq Sərəncama uyğun olaraq, Dövlət Proqramının icrasına nəzarəti və icraçı təşkilatlar arasında əlaqələndirməni Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) həyata keçirir. Hər bir tədbir üzrə həyata keçirilən işlərin monitorinqi alt tədbirlərə bölünməklə qarşıya qoyulmuş hədəflərə çatmaq üçün konkret addımları əks etdirən müvafiq suallar əsasında aparılır. Həmin suallar əsasında nazirlik icraçılardan toplanaraq ümumiləşdirilmiş hesabatı Dövlət Proqramının monitorinqini və qiymətləndirilməsini həyata keçirən İİTKM-ya təqdim edir. Mərkəz təqdim olunmuş hesabatı, habelə zəruri saydığı hallarda digər aidiyyəti mənbələrdən əldə edilmiş məlumatları təhlil edərək, monitorinq və qiymətləndirmə hesabatını hazırlayır və nazirliyə təqdim edir.

Əlavə olaraq qeyd edim ki, ETSN müvafiq qurumların rəyi nəzərə alınmaqla tədbirlərin tam və effektiv icrasının həyata keçirilməsi, həmçinin qiymətləndirmə imkanlarının artırılması üçün Tədbirlər Planının hər bir bəndi üzrə qısa əsaslandırmanı, icranın alt komponentləri və qiymətləndirmə indikatorları barədə məlumatı əhatə edən təfsilatlı icra planı hazırlayır və icranın nəticələrindən asılı olaraq hər il yeniləyir. Monitorinq prosesi sözügedən icra planına uyğun həyata keçirilir. Dövlət Proqramının qiymətləndirilməsinin isə icra müddəti yekunlaşdıqdan sonra effektivlik, səmərəlilik və təsir meyarlarına uyğun aparılması nəzərdə tutulub.

- Bu il Dövlət Proqramın icrası yekunlaşır. Bundan sonra 5 il ərzində həyata keçirilən layihələr üzrə qiymətləndirmə hesabatı hazırlanacaq. Bununla bağlı daha ətraflı məlumat verə bilərsinizmi? Qiymətləndirmənin hansı meyarlar əsasında aparılması nəzərdə tutulur?

- Ümumilikdə, Dövlət Proqramında Yerin təkinin geoloji öyrənilməsi və mineral xammal bazasından səmərəli istifadənin təmin edilməsi məqsədilə müəyyən edilmiş 8 Prioritet üzrə əsas icraçıların - ETSN və “AzerGold" QSC-nin olduğu 43 tədbir var. Qiymətləndirmə zamanı dövlət proqramında qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi və məqsədlərə nail olunması səviyyəsi müəyyən edilir. Dövlət proqramının təfsilatlı tədbirlər planında hər bir tədbir üzrə nəzərdə tutulan gözlənilən təsir meyarı ilə yanaşı, tədbirlərin effektivliyi və səmərəliliyi qiymətləndirilir. Bu, tədbirlərin icrası üzrə yekun nəticələrin sistemli və obyektiv ölçülməsini təmin edir.

- Bildirdiniz ki, Mərkəzə monitorinq üçün daxil olan məlumatların təhlilindən sonra müəyyən dövrə aid hesabat hazırlanaraq ETSN-yə təqdim edilir. Yekun hesabatda hansı məlumatlar öz əksini tapır?

- 2024-cü il üzrə yarımillik hesabat monitorinq prosesi Dövlət Proqramının Tədbirlər Planında 2024-cü il üçün müəyyən edilmiş 34 tədbir, 44 alt tədbir, 129 sual üzrə aparılıb. Hesabatlarda dövlət proqramının icra vəziyyətinə dair qısa məlumat, dövlət proqramında nəzərdə tutulan tədbirlərin icra vəziyyətinin ümumi qiymətləndirilməsi, dövlət proqramının icrası ilə bağlı həyata keçirilən əsas işlər, dövlət proqramında nəzərdə tutulan tədbirlər üzrə aşağı icra göstəricisinə malik olan sahələr, dövlət proqramının həyata keçirilməsi prosesində qarşıya çıxan əsas çətinliklər, bununla bağlı tövsiyələr öz əksini tapır. Eyni zamanda hər bir prioritet istiqamət üzrə görülmüş işlərin qısa təsviri (görülmüş bütün tədbirlər əhatə edilməklə), nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı görülmüş işlər, tədbirlərin həyata keçirilməsi prosesində qarşıya çıxan əsas problemlər, problemlərin həlli ilə bağlı tövsiyələr ayrı-ayrılıqda qeyd edilir.

- Dövlət Proqramındakı tədbirlərin icra vəziyyəti haqqında məlumat verə bilərsinizmi?

- Dövlət Proqramının həyata keçirilməsi üzrə “Tədbirlər Planı” bölməsində “Regional geoloji, geofiziki, hidrogeoloji, mühəndisi-geoloji və geoekoloji planaalma işləri” prioriteti üzrə 7 tədbir, “Qara və əlvan metalların geoloji axtarışı və qiymətləndirilməsi işləri” prioriteti üzrə 13 tədbir, “Qeyri-filiz faydalı qazıntıların geoloji axtarışı və qiymətləndirilməsi işləri” prioriteti üzrə 7 tədbir, “Hidrogeoloji işlər” prioriteti üzrə 6 tədbir, “Monitorinq işləri” prioriteti üzrə 3 tədbir, “Tematik tədqiqat işləri” prioriteti üzrə 4 tədbir, “Mineral-xammal bazasından səmərəli istifadə” prioriteti üzrə 2 tədbir, “Maddi-texniki bazanın gücləndirilməsi” prioriteti üzrə 1 tədbir müəyyən edilib. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ərazilərinin aerokosmik fotoşəkillərinin alınması və təhlili, Lənkəran-Astara iqtisadi rayonu ərazisində 1:50 000 miqyaslı geoloji və geofiziki və 1:200 000 miqyaslı hidrogeoloji, həmçinin Abşeron yarımadası ərazisində isə 1:10 000 miqyaslı mühəndisi-geoloji planaalma işləri aparılıb. Qazax-Ağcakənd metallogenik zonası hüdudlarında manqana, o cümlədən Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ərazilərində (Kiçik Qafqazın mərkəzi və cənub hissəsi) nəcib və əlvan metallara (mis) perspektivli sahələrdə geoloji-axtarış (Kəlbəcər rayonu ərazisində mis filizinə axtarış işləri), Göygöl rayonu ərazisində (Tülallar-Həsənlər sahəsi) axtarış işlərinin aparılması ilə yanaşı Respublika ərazisində ekzogen geoloji proseslərin öyrənilməsi, tədqiqi və monitorinqi, faydalı qazıntı yataqlarının dövlət və sahə balanslarında qeydiyyata alınmış yataq ərazilərinin və prioritet xammal növlərinin təzahürlərinin yayılma areallarının dəqiqləşdirilməsi üzrə tədbirlər həyata keçirilib. Həmçinin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ərazilərində qeyri-filizlərlə , geoloji planaalma zamanı aşkar edilmiş kaolin gilləri ilə, Respublika ərazisində yeni qum-çınqıl, qum və alternativ xammal yataqları ilə bağlı axtarış və qiymətləndirmə işlərinin aparılması(Gəncə-Qazax , Quba-Xaçmaz və Aran iqtisadi rayonlarında), Daşkəsən dəmir qrupu yataqlarının ehtiyatlarının yenidən qiymətləndirilməsi və kəşfiyyat işlərinin aparılması, o cümlədən Şərqi Zəngəzur iqtisadi rayonu ərazisinə dair geoloji məlumatların Coğrafi İnformasiya Sisteminə daxil edilməsi tədbirləri üzrə işlər müvəffəqiyyətlə icra edilib.

- Müsahibə üçün təşəkkür edirik!

- Mən də sizə təşəkkür edirəm. Fürsətdən istifadə edib qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə sizi təbrik edirəm!

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://report.az
archiveBu xəbər 25 Dekabr 2024 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri