Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Bunları hər kəs bilməlidir!

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Azərbaycanlı xanım Rusiyanı Almaniyaya dəyişdi

Azərbaycanlı xanım Rusiyanı Almaniyaya dəyişdi

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son vaxtlar Azərbaycanla yanaşı Rusiya və Almaniya idman mətbuatında müzakirə edilən adlarından biri də qadınlar ibarət milli komandamızın futbolçusu Nigar Mirzəliyevadır.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, o, bu ilin yanvar ayının 24-də Rusiyanın "Zenit" klubundan Almaniya təmsilçisi "Hamburq"a transfer olunub. Bununla o, diqqətləri öz üzərinə cəlb edib. Rusiyalı həmkarlarımız bu transferi yerli çempionatlarının uğuru kimi qələmə verməyə çalışsalar da, əslində Nigarın əzmkarlığı və zəhmətkeşliyi bu məsələdə böyük rol oynayıb.

Azərbaycanın kişi və qadın futbolunun səviyyəsi göz önündədir. Lakin Mirzəliyeva bir neçə həmkarı ilə birlikdə legioner həyatı yaşamğa can atıb və orada çıxış edib. Kişi futbolçulardan fərqli olaraq onlar darıxmaq və geri qayıtmaq istəklərinin öhdəsindən gəliblər ki, bu da onların yolunu açan əsas amildir. Rusiyada isə heç kim Nigara qara qaşına, qara gözünə görə şans verməyib. O, həm də gücü və zəhməti ilə komandanın uğurlarında pay sahibi olub. Futbolçu “Zenit” forması ilə 45 oyuna çıxıb, iki dəfə Rusiya çempionu olub, həmçinin iki dəfə Rusiya Superkubokunu başı üzərinə qaldırıb. Üstəlik, üç qol da vurub.

Bundesliqaya transferi isə Nigar üçün yeni şansdır. Nə qədər qəribə olsa da, Mirzəliyeva təkcə oyunu, vurduğu baxımlı qollarla deyil, həm də gözəlliyi ilə diqqət mərkəzində olur.

Nigar Mirzəliyeva 28 aprel 2002-ci ildə Azərbaycanın dördüncü ən böyük şəhəri olan Mingəçevirdə anadan olub. Yazda onun 24 yaşı tamam olacaq.

Futbola həyətdə oğlanlarla top qovmaqla başlayıb. 10 yaşında valideynləri onu futbol məktəbinə yazdırıblar. 2013-cü ildə isə bir neçə ay “Mançester Yunayted” akademiyasında məşq keçmək imkanı qazanıb. Nigar həmin dövrü belə xatırlayır:

“Əvvəlcə "Mançester Yunayted"in məşqçilərinin keçirdiyi seçim düşərgəsi oldu. Azərbaycanın müxtəlif şəhərlərindən 32 qalib (oğlan və qızlar) Bakıya gəldi. Bir neçə gündən sonra 5 oğlan və 1 qız seçildi. O qız mən idim. Biz İngiltərəyə - "Mançester Yunayted"in akademiyasına yollandıq və bir neçə ay orada məşq edib təcrübə topladıq. Açığı, şəhər özü məndə böyük təəssürat yaratmadı, amma futbol baxımından bu, çox maraqlı təcrübə idi”.

2018-ci ildə Nigar böyük futbolda debütünü “Balxurma” klubunun heyətində edib, 2020/21 mövsümünü isə “Marxal” komandasında keçirib. O, Azərbaycanın bütün yaş qrupları üzrə milli komandalarında çıxış edib və 2020-ci ildə əsas millidə debüt edib. 23 yaşlı futbolçu üçün 49 oyun və 5 qol kifayət qədər yaxşı göstəricidir.

2021-ci ildə Mirzəliyeva Rusiyaya köçərək “Rubin Kazan” ilə müqavilə imzalayıb. O, həmin dövrü belə xatırlayır:

“Əvvəlcə bir az qorxulu idi. Digər qızlarla birlikdə baxışa gəlmişdim, amma onlar peşəkar müqavilə almadılar və geri döndülər. Beləliklə, tək qaldım. Amma tez uyğunlaşdım. Kazan mənim xoşuma gəldi, sakit və rahat şəhər idi. Yəqin ki, yeganə mənfi cəhəti hava şəraiti idi. Yayda çox isti, qışda isə çox soyuq olur”.

İki mövsüm ərzində demək olar ki, heç bir oyunu buraxmayıb (48 matç) və 2023-cü ilin yanvarında “Zenit”ə keçərək indiyədək qazandığı bütün titullara məhz bu klubda sahib çıxıb. 3 illik macəradan sonra isə o, Avropanın mərkəzinə “Hamburq”a yollandı. Tarixi klubda isə ona olan inam böyükdür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://axar.az
archiveBu xəbər 23 Fevral 2026 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see557

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see306

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see260

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see252

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see243

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see237

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see231

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see229

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see220

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see218

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see210

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see202

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see202

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see199

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see195

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see192

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see191

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

03 Noyabr 2026 20:40see179

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri