Icma.az
close
up
RU
Azərbaycanlı tələbələrin xaricdə təhsil imkanları ilə bağlı YENİLİKLƏR

Azərbaycanlı tələbələrin xaricdə təhsil imkanları ilə bağlı YENİLİKLƏR

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanlı gənclərin xaricdə təhsil almaları üçün əsas maneələrdən biri maddi çatışmazlıqdır. Bu cür çətinliklərin öhdəsindən gəlmək üçün mümkün yollardan biri xarici hökumətlər və universitetlər tərəfindən təklif edilən təqaüd proqramlarından yararlanmaqdır. 

Əlavə olaraq, Azərbaycan hökuməti tərəfindən təsis edilmiş xaricdə təhsil üzrə dövlət proqramı da gənclərin xaricdə təhsil alması üçün gərəkli maliyyə yardımı almasının təminatçısıdır. Bəs görəsən, azərbaycanlı tələbələrin xaricdə təhsil imkanları ilə bağlı dövlət proqramında hansı yeniliklər ola bilər? Hazırda xaricdə təhsil alan tələbələrimizlə bağlı durum necədir?

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Moderator.az-a danışdı. 

“Xaricdə təhsillə bağlı 2022-2026-cı il üzrə sonuncu dövlət proqramına qoşulanlar çoxluq təşkil edirdi. Dövlət tərəfindən bu proqramın vaxtı əlavə iki il də uzadıldı. Yəni artıq proqram 2020-2028-ci illəri əhatə edir ki, bu illər ərzində 80 faiz magistr pilləsi üzrə, 20 faiz də bakalavr pilləsi üzrə dövlət proqramı çərçivəsində xarici ölkələrin nüfuzlu universitetlərində təhsil almaq imkanı Azərbaycan vətəndaşlarına tanınır. Paralel olaraq, doktorantura təhsilinə də müəyyən qədər yer ayrılıb. Vətəndaşlarımız xarici ölkələrdə doktorant təhsili də ala bilərlər. 

Dövlət proqramı əsasında bura qədər verilən qərarlar tam demək olar ki, yerindədir. Çünki tələbələrə gediş-gəliş imkanları yaradılır, təhsil xərcləri qarşılanır, biletlər alınır, digər ödəniş məsələləri həll olunur. Düşünürəm ki, bunlarla bərabər, bəzi ölkələrin universitetlərinə qəbulu da nəzərdən keçirmək olar. 

Düşünürəm ki, dövlət proqramında bakalavr pilləsinin faiz nisbəti bir qədər artırılmalıdır. Qalan digər hallar qaydasındadır. Çünki əvvəlki dövrdə, bilirsiniz ki, gedənlər həmin ölkədə qalırdılar, geri qayıtmırdılar. Amma indi şərtlərdən biri də odur ki, tələbə təhsil aldıqdan sonra mütləq ölkəyə qayıtmalı və müəyyən müddət burada çalışmalıdır. Bu, mənə görə doğru qərardır, qalan digər prosedur qaydaları, fikrimcə, yerindədir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Dekabr 2024 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see404

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see387

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see293

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see259

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see258

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see231

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see151

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri