Icma.az
close
up
RU
Azərbaycanlı ustanın alovla fəndi, Finlandiyaya ixrac olunan təndir Naxçıvandan REPORTAJ

Azərbaycanlı ustanın alovla fəndi, Finlandiyaya ixrac olunan təndir Naxçıvandan REPORTAJ

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın digər regionlarında olduğu kimi, Naxçıvan Muxtar Respublikasında (MR) da təndir sənətkarlığı və çörəkbişirmə ənənəsi həssaslıqla qorunur.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, çörəkbişirmə sahəsində də müasir texnoloji nailiyyətlərin tətbiq olunmasına baxmayaraq, çörəkbişirmədə mövcud olan ənənəvi üsullara tələbat qətiyyən azalmır.

Qədim tarixə malik təndir sənətkarlığı və çörəkbişirmə ənənəsi Naxçıvanda da geniş yayılıb. Muxtar respublikanın ayrı-ayrı bölgələrində təndirsalma və çörəkbişirmə ənənələri indi də diqqətlə qorunaraq davam etdirilir.

Azərbaycan xalqının rasionunda xüsusi yer tutan və bərəkət rəmzi sayılan çörəyin keyfiyyətli bişirilməsində təndirlərin zəruri tələblərə cavab verməsi mühüm şərtdir. O baxımdan, Naxçıvanda da təndir ustaları həmişə sayılıb-seçilən peşə sahiblərindən olublar.

Bu çətin və maraqlı sənəti yaşadanlardan biri olan Culfa rayonunun Yayıcı kənd sakini Sevda Kərimova "Report"un yerli bürosunun əməkdaşı ilə söhbətdə artıq 10 ildir, təndir işi ilə məşğul olduğunu deyib:

"Müxtəlif ölçülərdə təndir düzəldirəm. Təndirlərin ölçüsündən asılı olaraq, onların satış qiyməti 50-80 manat arasında dəyişir. Düzəltdiyim təndirlərə Naxçıvanın bütün bölgələrində tələbat var. Sifariş verirlər, biz də düzəldib göndəririk. Anam da vaxtilə təndirqoyan olub, bu işi ondan görüb-götürmüşəm".

Xanım sənətkarın sözlərinə görə, təndirin keyfiyyətli alınması üçün onun düzəldilməsinə münasib hava şəraitində başlamaq lazımdır:

"Havanın nə isti, nə də soyuq olmasına diqqət edilməlidir. Ona görə də əsasən, yaz və payız aylarında iş daha çox olur. Təndirin düzəldilməsi üçün xüsusi torpaqdan istifadə edilir. Torpağı gətirib isladır, qəzilləyir, sonra da ayaqlayıb badlar hörürük. Gündə bir bad hörürük. İsti havalarda bəzən bir günə iki bad hörə bilirik.

Hazır təndiri ilk dəfə kərmə ilə qalayıb ağardanda gözəl olur. Çünki kərmə vam yanır. Odunla qalansa, vurub təndiri partladar. Bu səbəbdən təndiri ilk dəfə kərmə ilə qalayıb ağartmaq lazımdır. Sonra kim nə ilə istəsə, qalaya bilər".

Yayıcı kəndinin digər sakini, 15 ildir təndir düzəldən Məhəmməd İmanov öz işindən zövq alan sənətkarlardandır. Azərbaycanın bölgələrindən başqa, Ukrayna, Rusiya, hətta Finlandiyaya təndir göndərən usta deyir ki, çətin olsa da, çox maraqlı işdir:

"Biləndə ki, sənin düzəltdiyin təndirdə dadlı-tamlı nemətlər bişirilir, adam daha da həvəslənir".

Xatırladaq ki, bu günlərdə Paraqvayın paytaxtı Asunsyon şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 19-cu sessiyasında "Azərbaycanda təndir sənətkarlığı və çörəkbişirmə" üsulu UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Dekabr 2024 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tunis final mərhələsinə vəsiqə qazandı

08 Sentyabr 2025 22:14see158

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see154

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see143

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see135

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see133

Erlinq Holann zədələnib

08 Sentyabr 2025 19:42see128

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see126

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see126

Avtobusu elə sürdü ki, işıqforu kökündən çıxardı Video

08 Sentyabr 2025 19:12see124

Bakılı oğlanların aktyoru oğluna toy etdi VİDEO FOTO

08 Sentyabr 2025 19:49see124

“İT Yay Düşərgəsi 2025”in qalibləri mükafatlandırıldı FOTO

08 Sentyabr 2025 23:21see124

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see123

Tanınmış həkim yol qəzası keçirdi

08 Sentyabr 2025 18:42see121

Abşeronda 41 yaşlı kişinin meyiti aşkarlanıb

08 Sentyabr 2025 19:02see121

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see120

Arina Sabalenka US Open 2025 dəki qələbəsini necə qeyd edib FOTO

09 Sentyabr 2025 04:13see119

Orqan köçürməklə insan maksimum bu yaşa qədər yaşaya bilər

09 Sentyabr 2025 03:03see119

Cennaro Qattuzo: Gülünc qollar buraxdıq

09 Sentyabr 2025 01:36see119

Dövlət Xidməti: Tovuzun Avdal kəndindəki məbədin tarixi abidələrin reyestrinə salınması üçün iş gedir FOTO VİDEO

08 Sentyabr 2025 16:58see118

Netanyahu: HƏMAS liderlərinə zərbə Qəzzada müharibəyə son qoya bilər

09 Sentyabr 2025 21:07see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri