Icma.az
close
up
RU
Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? “Zəngəzur dəhlizindən asılıdır”

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? “Zəngəzur dəhlizindən asılıdır”

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Rəsmi Bakı sülh gündəliyinə sadiqdir. Azərbaycanın Ermənistana yanacaq məhsulları ixrac etməsi və ərazimizdən tranzitlə daşınan bütün yüklərlə bağlı məhdudiyyətin aradan qaldırılması bunu bir daha təsdiq edib. Sözsüz ki, bütövlükdə ikili əlaqələr zamanı mühüm məqamlardan biri də iş adamları arasında münasibətlərin formalaşmasıdır”.
Avtosfer.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat əlavə edib ki, sülh müqaviləsi imzalandıqdan sonra, biznes nümayəndələrinin qarşılıqlı görüşü mümkündür: 
“Hökumətlərarası görüşdə müzakirə edilən məsələlərdən biri də məhz iş adamların görüşünün təşkili ilə bağlı idi. Bu baxımdan, Ermənistan tərəfi də sülh gündəliyinə sadiq qalarsa, lazımi konstitusion dəyişikliklər edilərsə və yekunda sülh müqaviləsi imzalanarsa, iqtisadi əlaqələrin qurulması rəsmi şəkildə başlayacaq. Hər iki ölkəni təmsil edən iş adamları arasında əlaqələrin bərpası mümkün olması istisna deyil. Bu həm də Zəngəzur dəhlizinin nə zaman açılmasından asılıdır. Çünki Zəngəzur dəhlizinin açılması və istifadəyə verilməsi Azərbaycan üçün olduqca vacibdir”.
Eyni komitənin digər üzvü Müşfiq Cəfərov isə vurğulayıb ki, iqtisadi baxımdan Ermənistan Azərbaycan üçün yeni bazara çevrilir:
“Son zamanlar Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində siyasi və iqtisadi əlaqələrdə mühüm irəliləyişlər müşahidə olunur. İqtisadi baxımdan Ermənistan Azərbaycan üçün yeni bazara çevrilir. SOCAR və Azərbaycanın nəqliyyat infrastrukturu əlavə gəlir əldə edir. Dəmiryolu daşımalarının bərpası tranzit imkanlarını genişləndirir. Qarşılıqlı iqtisadi asılılıq müharibə risklərini azaltmağa xidmət edir və sülhü daha da yaxınlaşdırır”.
Deputat qeyd edib ki, Azərbaycanın strateji maraqları baxımından əsas məqsəd Cənubi Qafqazda əsas logistika və enerji mərkəzinə çevrilməkdir:
“Əgər iki ölkə arasında ticarət dövriyyəsi artırsa, bu, tərəflərin tam olmasa da, münasibətləri normallaşdırmağa çalışdığını göstərir. Dünya təcrübəsindən də görürük ki, əvvəlcə iqtisadi əlaqələr qurulur, sonra siyasi problemlərin həlli asanlaşır. Azərbaycanın strateji maraqları baxımından əsas məqsəd Cənubi Qafqazda əsas logistika və enerji mərkəzinə çevrilməkdir”.
Xatırladaq ki, aprelin 29-da Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev nümayəndə heyəti ilə birlikdə İrəvana səfər edib. Səfər zamanı Azərbaycan və Ermənistanın delimitasiya və demarkasiya üzrə işçi qruplarının görüşü keçirilib. Bundan əlavə, Baş nazirin müavini erməni biznesmenlərlə görüş keçirib.
İyunun 2-də Qars şəhərində Türkiyə və ERmənistan iş adamları görüş keçirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 10 İyun 2026 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri