Azərbaycanlı xanəndə Hadisənin konsertində böyük ekranda (Video)
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanlı gənc xanəndə Dünya Teymurzadənin görüntüləri Türkiyənin məşhur müğənnisi Hadisənin İstanbulda baş tutan konsertində nümayiş olunub.
Milli.Az xəbər verir ki, İstanbul Festivalı çərçivəsində səhnəyə çıxan Hadisə konsert zamanı pərəstişkarları üçün maraqlı sürpriz hazırlayıb.
Belə ki, sənətçinin "Ara Beni" mahnısını ifa edən şəxslərin sosial şəbəkələrdə paylaşdığı videolar konsertin gedişində nəhəng ekranda nümayiş etdirilib. Həmin görüntülərdə Dünya Teymurzadənin ifası da yer alıb.
Gənc xanəndənin görüntülərinin minlərlə tamaşaçının qarşısında böyük ekranda göstərilməsi diqqət çəkib.
Qeyd edək ki, Dünya Teymurzadə xanəndəlik fəaliyyəti ilə tanınır. O, Habil Məmmədovun tələbələrindən biridir. Gənc ifaçı muğam və təsniflərlə yanaşı, tanınmış mahnıları da özünəməxsus tərzdə ifa edir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 27 Avqust 2026 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















