Icma.az
close
up
RU
Tibb bacıları azərbaycanlı diplomatdan nə istəyir? BÖYÜK BRİTANİYADAKI HADİSƏNİN TƏFƏRRÜATI

Tibb bacıları azərbaycanlı diplomatdan nə istəyir? BÖYÜK BRİTANİYADAKI HADİSƏNİN TƏFƏRRÜATI

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu ilin fevralında Böyük Britaniyanın kiçik şəhəri olan Norzviçin yerli qəzetində “Azərbaycandan olan keçmiş səfir cinsi zorakılıqda ittiham olundu” adlı məqalə çıxıb. Məqalədə Çesirdəki müalicə müəssisəsi tərəfindən edilən müraciət əsasında Rafael İbrahimovun məhkəmə prosesi haqqında danışılırdı.
Yazının qısa məğzi belədir ki, Azərbaycanın Böyük Britaniyadakı sabiq səfiri R.İbrahimov 2023-cü il dekabrın 5-də özünü pis hiss etdiyindən Çeşirdə yerləşən klinikaya müraciət edib. İddialara görə, onun davranışı “aqressiv” olub və müalicə müəssisəsində çalışan 3 tibb bacısı “cinsi zorakılığa” məruz qalıb.
Sözügedən məqalə Azərbaycanda da bir neçə nəşrdə çap olunub və müəyyən rezonans doğurub.
Bu iddianın bir tərəfidir. Bəs əslində ilyarım öncə Çeşirdə nə baş verib?
Məsələni tam aydınlaşdırmaqdan ötrü qarşı tərəfin də mövqeyini işıqlandırmaq qərarına gəldik.
Rafael İbrahimov yazılanlara şərh vermək istəməsə də, onun ailəsi məsələyə münasibətini bildirib. Məlum olub ki, sabiq səfirin ailəsi hadisələrin baş verdiyi müalicə müəssisəsinə qarşı iddia qaldırıb. 20 may 2025-ci ildə Britaniya Trubunal Məhkəməsi (HM Courts and Trubunals) Rafael İbrahimovun xeyirinə qərar qəbul edib.
“Fevralda Norzviç qəzetində məqalə çıxanda, biz - Rafaelin ailəsi, buna sakit yanaşdıq. Müalicə müəssisəsinin əməkdaşlarının yerli qəzetlə aşkar əlaqələri var və onların simpatiyası aydın görünür.
Ətraflı danışmadan, Rafaelin günahsız olduğuna və bu işin absurd olmasına sizi inandırmaq istəyirik. Təəssüf ki, bu cəhd müasir dövrün “yeni normaları” adlandırıla bilər və çoxları mediada yayılan yalançı ittihamlarda əziyyət çəkir. Təəssüf ki, Rafael belə məsələlərdə ilk və son qurban deyil.
Lakin biz çox dərin narahatlıq keçirdik ki, Norzviç qəzetində çıxan məqalə Böyük Britaniyada heç bir nəşr tərəfindən dəstəklənmədiyi halda  Azərbaycanın bəzi media orqanlarında həvəslə yayılıb. Və azərbaycanlı jurnalistlər məsələni dərindən araşdırmaq üçün nə Rafaelin özü, nə də onun yaxınları ilə əlaqə saxlayıblar. Biz yaxşı başa düşürük ki, Azərbaycanda çox saylı vicdanlı və peşəkar jurnalist var və onlar açıq şəkildə saxtalaşdırılmış bu hadisəni işıqlandırmaq istəməyiblər. Bu barədə biz çoxsaylı insanların, o cümlədən bizim tanımadığımız insanların rəylərindən qiymətləndirmə aparırıq.
Vaqif Hüseynli
Demokrat.az

 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 May 2025 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see269

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see264

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see229

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see157

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see147

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see139

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see133

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see132

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see127

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see125

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see125

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see121

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see121

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see119

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see119

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see118

Neymar və het trik

04 Dekabr 2025 09:17see118

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri