Icma.az
close
up
RU
Azərbaycanlıdan 80 min dollar oğurlamaq istədilər MƏHKƏMƏ

Azərbaycanlıdan 80 min dollar oğurlamaq istədilər MƏHKƏMƏ

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Dubaydan Sinqapura biznes-klassla uçan Azərbaycan vətəndaşının əl yükündən təxminən 80 min dollar dəyərində əşyaları oğurlamağa cəhd edən Çin vətəndaşı Sinqapurda həbs edilib.

Modern.az xəbər verir ki, Sinqapur mediasının yaydığı məlumata görə, hadisə bu ilin avqustunda baş verib və 26 yaşlı Liu Min adlı Çin vətəndaşı bir neçə gün əvvəl yekunlaşan məhkəmə prosesindən sonra 20 ay müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, 52 yaşlı Azərbaycan vətəndaşı həyat yoldaşı ilə birlikdə "Singapore Airlines" aviaşirkətinin SQ495 reysi ilə Dubaydan Sinqapura uçurmuş. Liu Min də həmin reysdə biznes-klass salonunda yer alıb. Prokurorluğun araşdırmasına əsasən, şübhəli şəxs əvvəlcədən planlaşdırılmış şəkildə biznes-klass sərnişinlərinin qiymətli əşyalarını oğurlamaq niyyəti ilə təyyarəyə minib və onun hərəkətləri cinayətkar sindikat tərəfindən maliyyələşdirilib.

Avqustun 8-də, şam yeməyindən sonra salonda işıqların zəiflədiyi vaxt Liu Min yerindən qalxaraq yatan azərbaycanlı sərnişinin oturacağının üzərindəki baqaj bölməsini açıb və əl çantasını götürərək öz yerinə aparıb. Bu an sərnişinin həyat yoldaşı hadisəni görərək dərhal müdaxilə edib və çantanın ona aid olub-olmadığını soruşub. Dil baryeri səbəbindən cavab ala bilməyən qadın dərhal stüardessalara məlumat verib. Bundan sonra şübhəli şəxs çantanı açmadan geri qaytarıb.

Ekipaj üzvləri çantanı yoxlayıb və heç bir əşyanın itmədiyini təsdiqləyiblər. Araşdırma zamanı məlum olub ki, çantada ümumi dəyəri 100 min Sinqapur dollarından artıq olan qiymətli əşyalar olub. Onların arasında müxtəlif valyutalarda təxminən 12 min Sinqapur dolları məbləğində nağd pul, 2 100 dollar dəyərində Huawei noutbuku, 5 400 dollardan çox dəyəri olan 56 ədəd siqar, 35 min dollardan artıq qiyməti olan Chopard markalı saat və 51 min dollardan çox dəyəri olan "Audemars Piguet" markalı saat yer alıb.

Təyyarə Sinqapura endikdən sonra ekipaj yerüstü xidmətləri məlumatlandırıb və Changi Airport hava limanında Liu Min polis tərəfindən saxlanılıb. İstintaq zamanı o, oğurluq niyyətini inkar edərək çantanı guya öz əşyaları ilə səhv saldığını iddia edib. Lakin müstəntiqlər bu izahatı əsassız sayıb, çünki çantalar xarici görünüş və material baxımından tamamilə fərqli olub və şübhəlinin öz çantası yerində qalıb.

Sinqapur Baş Prokurorluğunun nümayəndəsi Çea Vençze məhkəmədə bildirib ki, təyyarə bortunda baş verən bu tip cinayətlər milli aviaşirkətin nüfuzuna və ölkənin turizm sektoruna ciddi zərər vura bilər. O, sərnişinlərin uçuş zamanı əşyalarını daim nəzarətdə saxlaya bilmədiyini, ekipajın isə bütün salonu eyni anda izləməsinin mümkün olmadığını vurğulayıb.

Qeyd edək ki, Azərbaycan vətəndaşının şəxsiyyəti açıqlanmır, lakin oğurluq cəhdinin qarşısının məhz onun həyat yoldaşının diqqəti sayəsində alındığı bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:238
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 Dekabr 2025 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri