Icma.az
close
up
RU
Erməni rəqqas xanımı ilə Bakıya gəldi Fotolar

Erməni rəqqas xanımı ilə Bakıya gəldi Fotolar

Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bal rəqsləri üzrə ikiqat dünya və üçqat Avropa çempionu Arsen Aqamalyan “Azerbaijan Dance Festival 2026” beynəlxalq festivalında iştirak edəcək.

Axşam.az xəbər verir ki, rəqqas bu haqda sosial şəbəkədə paylaşım edib. O yazıb ki, Bakıda anadan olub. Aqamalyan paytaxtımıza həyat yoldaşı Oksana Vasilyeva ilə birlikdə gələcəyini əlavə edib:

"Bakıya - atamın anamla tanış olduğu və ona aşiq olduğu şəhərə uçuram. Onlar idman fakültəsində oxuyublar: atam futbolçu idi (erməni, Qarabağın Ağdərə rayonundan gəlmişdi), anam isə idman gimnastikası ilə məşğul olurdu (bakılı rus).

Mən atamla anamın gənc və xoşbəxt olduğu şəhərə uçuram. Doğulduğum, bacım Rənanın dünyaya gəldiyi şəhərə... Pafosla yaza bilərdim ki, ora öz övladlarımız naminə, gələcəkdə mənim uşaqlarımın və azərbaycanlı uşaqların müharibə etməməsi üçün kiçik də olsa, töhfə verməyə gedirəm. Yaza bilərdim ki, dekabrın 1-də Ermənistanda keçiriləcək Dünya Rəqs Çempionatına görə Azərbaycana gedirəm. Həmin yarışda, şübhəsiz ki, Azərbaycanı təmsil edən rəqqaslar da iştirak edəcəklər. Erməni olaraq dünya çempionatına bir ay qalmış Azərbaycana gedirəm ki, göstərim: biz rəqs, incəsənət vasitəsilə ünsiyyət qura bilərik".

Rəqqas bildirib ki, 2 yaşına qədər Azərbaycanda yaşayıb:

"Sonra isə atamın vətəni olan Xankəndiyə, Qarabağa köçmüşük. Köçümüz sonradan baş verən hadisələrlə bağlı deyildi. Daha sonra münaqişə, gərginlik, atəşə tutmalar, blokada və 1992-ci ildə Ermənistana, Rusiyaya gedən yolun açılması baş verdi. Valideynlərim bizi oradan çıxardılar. Hamını yox... Orada bir yaşlı qardaşım vəfat etdi. Bu, anam üçün həlledici qərar oldu: getmək və bir daha geri qayıtmamaq. Amma bütün bunlar sonradan baş verdi...

O vaxta qədər isə hər yay bizi Bakıya, ulu nənəmiz Polinanın və nənəmiz Tayanın yanına gətirirdilər. Həyətimizi xatırlayıram. Dəqiq yadımda deyil, deyəsən, Sabunçuda idi. Orada uşaqlarla qaçıb oynadığımı xatırlayıram. Deyirlər, onlardan bəziləri hələ də orada yaşayır".

Arsen bacı və qardaşının Bakıda yaşadığını qeyd edib:

"37 ildir görmədiyim qardaşım və bacımla görüşəcəyəm. Heç vaxt görmədiyim bacı-qardaşım uşaqları ilə tanış olacağam. Bir vaxtlar həyətdə birlikdə qaçıb oynadığım insanlarla görüşəcəyəm. Anam rusdur, onun tərəfindən olan qohumlarımız Bakıda qalıb.

Beş il ərzində mənə “Azerbaijan Dance Festival 2026” tədbirindən dəvət gəlirdi. (Bu möhtəşəm tədbirin təşkilatçıları haqqında ayrıca yazacağam). Beş il dəvətlərdən imtina etdim. Altı ay əvvəl dəvət yenidən gəldi və ilk dəfə düşünəcəyimi bildirdim.

Amma birdən anladım ki, özüm də bunu istəyirəm. Daxilimdə ora gəlmək istəyirəm. Rəqs etmək istəyirəm

Qarabağ, mənim şəhərim, yaşadığım yer haqqında düşüncələrim dəyişməzdir".

Rəqqas daha sonra Bakıdan foto paylaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://axsam.az
archiveBu xəbər 30 Oktyabr 2026 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri