Icma.az
close
up
RU
Deputatdan jurnalistlərə çağırış: Media qanunvericiliyini dərindən öyrənin!

Deputatdan jurnalistlərə çağırış: Media qanunvericiliyini dərindən öyrənin!

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Media haqqında” Qanunu dərindən bilmək hər bir mətbuat işçisinin və media əməkdaşının başlıca vəzifələrindəndir”.

Turkustan.az xəbər verir ki, bu fikri Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Vüqar Rəhimzadə“Milli mətbuatdan rəqəmsal mediaya: keçid və yeni dövrün çağırışları” mövzusundakı forumda səsləndirib.

V.Rəhimzadə bildirib ki, media ilə cəmiyyət arasındakı münasibətlərin müzakirəsi, yeni yanaşmaların ortaya qoyulması kimi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. O, media fəaliyyətində yalnız hüquqi tənzimləmələrlə kifayətlənilməməsinin, etik prinsiplərə riayət edilməsinin əsas şərt olduğunu deyib. Mövcud xüsusda Mətbuat Şurasının missiyası üzərində dayanan deputat vurğulayıb ki, Şura yarandığı gündən jurnalistlərin peşə davranışı qaydalarını hazırlayıb və bu sənədə əməl olunmasına ictimai nəzarəti həyata keçirib.

MŞ İdarə Heyətinin üzvü onu da bildirib ki, hazırda “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları” adlandırılan sənəd media təmsilçilərinin fəaliyyət kriteriyalarını müəyyənləşdirir və zaman-zaman keçirilmiş ictimai müzakirələrdə, habelə jurnalistlərin qurultaylarında onun daha praktik situasiyalara reaksiya baxımından təkmilləşdirilməsi məsələləri gündəmə gətirilir.

Azərbaycanın qanunvericilik bazasındakı media fəaliyyətini və informasiya dövriyəsini nəzərdə tutan müddəalardan söz açaraq ayrı-ayrı hüquqi sənədlərin üzərində dayanan V.Rəhimzadə diqqəti “Media haqqında” Qanuna yönəldib. O bildirib ki, bu qanun hər birjurnalistin də hüquqi çərçivəsini, onun başlıca iş prinsipini müəyyənləşdirir.

Jurnalistin hansı informasiyanın yayıla biləcəyini, hansının yayılmasının yolverilməzliyini bilməli olduğunu deyən MŞ təmsilçisi media fəaliyyətindəki mühüm meyar kimi obyektivliyin üzərində dayanıb, bu meyarın məsuliyyət yaratdığını vurğulayıb. V.Rəhimzadə, həmçinin, hər bir media əməkdaşının çalışdığı redaksiyanın nüfuzunu qorumasının əhəmiyyəti barədə də fikirlərini bölüşüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 30 Oktyabr 2026 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see704

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see338

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see337

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see308

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see294

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see292

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see274

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see270

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see266

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see258

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see249

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see249

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see228

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see225

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see213

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see212

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see208

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see208

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri