Icma.az
close
up
RU
Azərbaycanlılar İrəvanda qarşılandı: Küçədə gəzərkən onu gördüm FOTO

Azərbaycanlılar İrəvanda qarşılandı: Küçədə gəzərkən onu gördüm FOTO

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“Məlum olduğu kimi, Ermənistanın paytaxtı İrəvanda vətəndaş cəmiyyəti nümayəndələri, ekspertlər və media təmsilçilərinin görüşü baş tutub. Azərbaycan və Ermənistanın rəsmi qurumları görüşün sırf ikitərəfli formatda keçirilməsi üçün şərait yaradıblar.

Uzun illərdən sonra ilk dəfə Azərbaycan təyyarəsinin “Zvartnots” hava limanına eniş etməsi diqqətçəkən hadisə olub. Bu detal, yaxın gələcəkdə iki ölkə arasındakı münasibətlərdə normaya çevrilə biləcək müsbət bir tendensiyanın göstəricisi kimi qiymətləndirilir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri İrəvanda baş tutan görüşün iştirakçılarından politoloq Fərhad Məmmədov deyib.

Politoloq İrəvana səfəri ilə bağlı təəssüratlarını bölüşüb: 

“Gizli deyil ki, Azərbaycan və Ermənistan ekspertləri vaxtaşırı müxtəlif beynəlxalq layihə və tədbirlər çərçivəsində görüşürlər. Lakin bu dəfə prosesin bütün mərhələləri Azərbaycan təyyarəsinin İrəvana uçuşundan tutmuş proqramın tərtibinə, mətbuat press relizinin mətninin hazırlanmasına və digər detallara qədər tam ikitərəfli formatda həyata keçirilib. Bu, sülh gündəliyində mühüm əhəmiyyət kəsb edir, çünki görüşlərin tərəflərin öz təşəbbüsü ilə təşkili əlavə məsuliyyət yaradır və sülh prosesinə yeni təkan verir.

Vaşinqtonda imzalanmış birgə bəyanat Azərbaycan və Ermənistan arasında qarşılıqlı əlaqələrin qurulması üçün çərçivə yaradıb. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan əldə olunmuş razılaşmaları möhkəmləndirmək və əməkdaşlığın səviyyəsini genişləndirmək üçün addımlar atırlar. Bu, asan proses deyil, çünki burada xarici sponsor yoxdur, bütün işlər məhz ikitərəfli formatda aparılır.

Hər iki hökumət artıq vətəndaş cəmiyyətinin sülh prosesinə qoşulması üçün kifayət qədər zəmin və məzmun formalaşdırıb. Uzunmüddətli sülhə və sabitliyə nail olmaq istiqamətində aydın siyasi iradə mövcuddur”.

Politoloq deyib ki, görüş yüksək səviyyədə təşkil olunub, təhlükəsizlik tam təmin edilib:

“Müzakirələrdə regionun geosiyasətindən tutmuş cəmiyyətlərdə narahatlıq doğuran məsələlərə qədər geniş spektrdə mövzular əhatə olunub. Qrupun məqsədləri və mümkün birgə fəaliyyət istiqamətləri müzakirə edilib.

Təbii ki, İrəvan küçələrində gəzintiyə çıxmaq, hər gün informasiya resurslarında gördüyün yerləri canlı görmək maraqlı idi. Hətta təsadüfən efirlərdən tanıdığım bir jurnalistlə də rastlaşmaq mümkün oldu.

Əlbəttə, bəzi erməni resurslarında təhqiramiz fikirlər və narazılıqlar səsləndirilir, bəzi Azərbaycan resurslarında isə “razılığa gəlmək mümkün deyil” kimi fikirlər yayılır. Bu, hazırkı mərhələdə təbiidir — cəmiyyətlərin sülh gündəliyinə uyğunlaşması üçün vaxt lazımdır.

Rəsmi səviyyədə sülh prosesinin irəliləməsi üçün qərarlar qəbul edilir. Əgər bu tarixi dövrdə vəziyyətin sabitləşməsi və davamlı sülhün formalaşması üçün real imkanlar mövcuddursa, bundan maksimum şəkildə faydalanmaq lazımdır”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:42
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Oktyabr 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri