Icma.az
close
up
RU
“Azərbaycanlılar mal qara deyil” Professor Kamran Rüstəmov Rusiyadan kütləvi köçürülmə çağırışlarına sərt etiraz etdi

“Azərbaycanlılar mal qara deyil” Professor Kamran Rüstəmov Rusiyadan kütləvi köçürülmə çağırışlarına sərt etiraz etdi

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hurriyyet.az xəbər verir ki, Rusiyada yaşayan azərbaycanlıların kütləvi şəkildə Azərbaycana köçürülməsi barədə səsləndirilən çağırışlar diaspor dairələrində ciddi narazılıq doğurub.

Tanınmış tarixçi, professor, Azərbaycan və Rusiya Jurnalistlər İttifaqlarının üzvü Kamran Rüstəmov bu təşəbbüslərə kəskin reaksiya verib.

Professor özünün sosial şəbəkə hesabında yazıb: “O siyasətçilərdən uzaq durmaq lazımdır ki, azərbaycanlıların Rusiyadan Azərbaycana kütləvi köçürülməsini tələb edirlər. Bakı beş il ərzində işğaldan azad olunmuş torpaqların bərpası üçün misilsiz işlər görsə də, məcburi köçkünlərin yalnız 7 faizi öz evlərinə qayıda bilib. İndi kimlərsə milyonlarla insanı zorla köçürməkdən danışır. Onlar ev, iş yeri, poliklinika, məktəb yaratmağa hazırdırmı? Bol-bol danışmaq başqa şeydir, məsuliyyət isə tam fərqlidir.”

Rüstəmovun sözlərinə görə, bu cür təkliflər insanların iradəsini nəzərə almadan onları zorla bir yerdən başqa yerə sürmək anlamına gəlir: “İnsanlar mal-qara deyil ki, belə asanlıqla bir yerdən başqa yerə qovulsun. Bu, qeyri-insani və eqoist yanaşmadır, cəmiyyət üçün isə şok doğurur.”

Kamran Rüstəmov xüsusilə Rusiyanın bəzi siyasətçilərinə və Kremlinə yaxın dairələrə işarə edib. Onların sırasında Rusiya İnsan Haqları Şurasının keçmiş üzvü Kirill Kabanov dəfələrlə açıq şəkildə azərbaycanlıların Rusiyadan “döyə-döyə, qova-qova çıxarılması” ilə bağlı faşizan çağırışlar səsləndirib. Bundan başqa, müxtəlif Kremlin təbliğatçıları da Azərbaycan diasporunun zəiflədilməsini, ümumi köçürülməni gündəmə gətiriblər.

Musavat.com öz tərəfindən bildirir ki, əslində, Azərbaycan Rusiya icmasına tam fərqli münasibət göstərir: rus icması burada rahat, konfortlu şəkildə yaşayır, onlara qarşı heç bir ayrı-seçkilik edilmir. Azərbaycan çoxmillətli cəmiyyətini öz sərvəti kimi qəbul edir, tolerantlıq ənənəsini qoruyur.

Musavat.com yazarının fikrincə, Rusiyada bu cür təkliflərin ən yüksək səviyyədə, Kremlin içindən səsləndirilməsi artıq təhlükəli meyllərin göstəricisidir: “Bu proseslərin arxasında, heç şübhəsiz, Kremldən idarə olunan siyasət dayanır. Prezident Putinin tapşırıqları əsasında daxili siyasətə nəzarət edən keçmiş baş nazir Sergey Kiriyenko bu faşist ritorikasının başlıca memarlarından biridir.”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Oktyabr 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see239

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see202

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see196

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see187

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see161

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see154

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see146

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see146

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see144

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see142

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see141

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see141

Sabah da ayrılıq baş verə bilər, Rusiyaya geri qayıdır İDDİA

01 Yanvar 2026 13:32see139

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see137

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see137

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see136

Ötən il Ukraynada müharibə nəticəsində 12 azərbaycanlı həlak olub

01 Yanvar 2026 17:28see134

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see132

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri