Icma.az
close
up
RU
Menu

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Azərbaycanlılar nə zaman Çinə vizasız gedə biləcək?

Azərbaycanlılar nə zaman Çinə vizasız gedə biləcək?

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan və Çin arasında mühüm diplomatik addımlardan biri iki ölkə arasında vizasız səyahət rejimini nəzərdə tutan ikitərəfli saziş imzalanmasıdır.

Bu addım təkcə turizmə deyil, həm də iqtisadi, mədəni və təhsil sahələrində əlaqələrin daha da dərinləşməsinə şərait yaradacaq. Bəs bu saziş rəsmi olaraq nə zaman qüvvəyə minəcək? Azərbaycan vətəndaşları nə vaxtdan etibarən Çinə vizasız səyahət edə biləcəklər?

News24.az "Teleqraf"-a istinadla İnformasiya Agentliyi Çinə vizasız gedişlə bağlı araşdırmanı təqdim edir.

2025-ci il 23 aprel tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Çin xarici işlər naziri Van İ ilə Pekində "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”i imzalayıb. Saziş Azərbaycan Prezidenti İlham Əliyevin Çinə rəsmi səfəri və Çin Prezidenti Si Cinpinlə görüşü çərçivəsində reallaşıb.

İmzalanan sazişə əsasən, iki ölkənin vətəndaşları qarşılıqlı şəkildə müəyyən müddət ərzində (adətən 30 gün) vizasız səfər edə biləcəklər. Amma qanunun qüvvəyə minməsi üçün hər iki ölkə daxilində hüquqi prosedurlar başa çatmalıdır.

Azərbaycanda hüquqi prosedurlar

Sazişin imzalanmasından təxminən bir ay sonra, 2025-ci il 30 may tarixində Azərbaycan Milli Məclisi sazişi təsdiqlədi. Qanunvericiliyə uyğun olaraq Milli Məclisin ratifikasiya etdiyi beynəlxalq sazişlər Prezident tərəfindən imzalanaraq təsdiqlənməlidir. Dünən saziş Prezident İlham Əliyev tərəfindən imzalandı. Bununla da sazişin hüquqi proseduru tamamlandı.

Bəs Çinin prosedurları necədir?

Müvaqif sazişdən sonra Çin XİN bu sazişi Çin Dövlət Şurasına təqdim edir. Qanunun qüvvəyə minməsi üçün Çin Dövlət Şurasının təsdiqi vacibdir. Bu qurum Çin hökumətinin əsas icraedici orqanıdır. Xarici ölkələrlə bağlanmış sazişləri hüquqi cəhətdən təsdiqləməlidir. Çin Dövlət Şurasının yaxın zamanda təsdiq edəcəyi sazişlər siyahısında sözügedən saziş yoxdur.

Vizasız rejim nə vaxt qüvvəyə minəcək?

Vizasız səyahət rejimi yalnız Çin Dövlət Şurası sazişi ratifikasiya etdikdən sonra baş tutacaq. Özbəkistan və Çin arasında 2024-cü ilin dekabrında imzalanan saziş 2025-ci ilin 1 iyununda qüvvəyə minib. Bu baxımdan Azərbaycan və Çin sazişinin sentyabr ayından sonra qüvvəyə minəcəyi gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://news24.az
archiveBu xəbər 11 İyun 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see291

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see285

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see277

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see276

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see266

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see256

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see251

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see250

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see243

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see243

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see241

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see231

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see227

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see225

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see225

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see222

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see212

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see206

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see203

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri