Putin və Si Cinpin arasında gözlənilən DANIŞIQLAR BAŞLADI
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin Şençjendə keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində danışıqlara başlayıblar.
Bakıvaxtı.az xəbər verir ki, Putin iki günlük işgüzar səfər üçün Çinə gəlib.
Danışıqların protokol hissəsində Si Cinpin iki ölkənin münasibətlərini yeni tip böyük dövlət münasibətləri üçün bir model adlandırıb və onları dağla müqayisə edib: "Güclü liderliyimiz altında Çin-Rusiya münasibətləri dünyada baş verən hər hansı bir çətinliyə baxmayaraq, dağ kimi sabit olub və qalmaqdadır".
Putin cavab olaraq iki ölkənin işinin "yüksəlişdə" olduğunu və xarici siyasət əlaqələrinin sabit olduğunu bildirib. O, Moskva və Pekinin daha ədalətli "çoxqütblü dünya nizamı" üçün birgə mübarizə apardıqlarını söyləyib.
Putinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, dövlət başçıları genişləndirilmiş tərkibdə danışıqlarda enerji, maliyyə, yüksək texnologiya və süni intellekt məsələlərini müzakirə edəcəklər. O, liderlərin daha sonra Ukrayna və Koreya yarımadası da daxil olmaqla xarici siyasətə diqqət yetirəcək məhdud formatda işgüzar səhər yeməyinə keçəcəklərini bildirib.
Qeyd edək ki, Putin, Si Cinpin və Donald Tramp arasında üçtərəfli görüş 19 noyabrda planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 18 Noyabr 2026 09:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















