Azərbaycanlılar spirtli içki və siqaretə xəsislik etmir 1 mlrd. manat
Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda istehlakçılar içki və tütün məmulatlarına 902.9 mln. manat xərcləyib.
Yenisabah.az "APA-Economics"ə istinadla xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 0,3% artıb.
Cari ilin təkcə aprel ayında sözügedən göstərici 231.8 mln. manat təşkil edib.
Xatırladaq ki, 2025-ci ilin yanvar-aprel aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,2 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının, 13,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3 faizi avtomobil benzini və dizel yanacağının, 4,3 faizi elektrik malları və mebellərin, 2,5 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,2 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 13 May 2025 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















