Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Azərbaycanlılara qarşı KQB planı Petrosyan açıqladı

Azərbaycanlılara qarşı KQB planı Petrosyan açıqladı

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın son günlər yayılmış videosu böyük müzakirələrə səbəb olub – Levon 1993-cü ildə, Ağdamın işğalından dərhal sonra erməni terror qruplarının qarşısında çıxış edib. Bu çıxış indi yayılıb, gizli saxlanılırdı. Ter-Petrosyanın sözləri münaqişənin əsl səbəblərini, kimin tərəfindən düşünülüb, nə üçün icra edildiyini açıq şəkildə üzə çıxarır.

Axar.az xəbər verir ki, bu sözləri ReAL sədri Natiq Cəfərli qeyd edib.

O bildirib ki, sovet-rus-erməni ideoloqlarının əsas məqsədi Qarabağın işğalı deyildi, bu, ikinci dərəcəli, “alınsa, əla olar” yanaşması idi:

“Əsas məqsəd indiki Ermənistan ərazisindən 250 minə yaxın türkün (azərbaycanlının) qovulması, Ermənistanın monoetnik ölkəyə çevrilməsi idi. Bu ali məqsədləri üçün rus-erməni ideoloqları Azərbaycan ərazisində yaşayan 300-350 min erməni əsilli vətəndaşların taleyini qurban verdilər – bunun da səbəbi var idi.

Ter-Petrosyan məlumun elanını edir – sözlərinin “tərcüməsi”, məğzi budur ki, əgər biz türkləri indiki Ermənistan ərazisindən qovmasaydıq, müstəqil dövlət ola bilməzdik, demokrafik “çuxura” düşən etnik ermənilər 15-20 ildən sonra bir gün ayılacaqdırlar ki, indiki Ermənistan ərazisində türklərin sayı 500 mini keçib; türklər Zəngəzur daxil, 4 bölgədə say etibarı ilə etnik ermənilərdən çox idi ki, bu da Ermənistanın strateji maraqlarına zidd idi. Bundan başqa, Levon etiraf edir ki, indiki Ermənistan ərazisindən türkləri qovanda onlar anlayırdılar ki, Azərbaycanda yaşayan etnik ermənilər təhlükəyə düşəcəklər və onlar indiki Ermənistana qaçacaqlar. Yəni, rus-erməni ideoloqları bilərəkdən etnik erməniləri təhlükə altına atdılar və nəticədə, təqribən, 200-250 min erməni Azərbaycandan Ermənistana köçdü ki, bu da onların demoqrafik problemlərinin həllində mühüm rol oynadı.

Bu məsələyə bir az geniş baxaq: 1988-ci ildə Ermənistan əhalisi 3 463 600 nəfər olub, 1993-cü ildə isə 3 463 700 nəfərə çatıb – görürsünüz ki, cüzi fərq var. Yəni, Ermənistan 5 ildə 250 minə yaxın türkü vəhşicəsinə qovub, əvəzində, təxminən, bir o qədər ermənini qəbul edib. 2023-cü ildə Ermənistanın rəsmi əhalisi 2 990 900 olub, 2024-cü ildə isə 3 039 700 nəfər elan ediblər. Yəni, Xankəndi və ətrafında antiterror əməliyatını keçirdikdən sonra 1 ildə Ermənistan əhalisi cəmi 48.800 nəfər artıb.

Əgər rus-erməni ideoloqları 1988-ci ildə vəhşi müharibəyə başlamasaydılar, Azərbaycan və Qarabağdan bu ölkəyə köçən olmasaydı, bu gün Ermənistanda əhalinin sayı 1,5-1,8 mln. nəfərə yaxın, onların da təxminən 30%-i türklərdən ibarət olardı.

Qarabağ işğalının, bu vəhşi müharibənin əsl səbəbi 2025-ci ildə belə bir mənzərənin yaranmasına imkan verməmək idi. Doğrudur, müharibə olmasaydı, Azərbaycanda da erməni əsilli əhali olacaqdı (zətən indi də 25-30 minə yaxın var), amma onlarda təbii artımın daha az olduğunu və xaricə köç meyillərinin (öz qohumlarının yanına) nəzərə alsaq, bu gün Azərbaycanda, maksimum, elə münaqişə başlayan dövrdə olan qədər, yəni, təxminən, 200-250 min erməni əsilli vətəndaşımız olardı – bu isə əhalimizin, ən yaxşı halda, 4-5%-ni (əgər Ermənistandan da türklərin köçməyəcəyini nəzərə alsaq, indi bizdə 10 mln. deyil, 8-8,5 mln. əhali olacaqdı) təşkil edəcəkdi. İndi özünüz düşünün – Ermənistanda 30% türk nələrə qadir olardı, Azərbaycanda 3-4% erməni nə edə bilərdi?! Məsələ budur. Ermənistanda etnik türklərin rizası olmadan heç bir hökumət qurula bilməzdi, heç bir seçkini onların maraqlarını iqnor edən partiya uda bilməzdi.

Nədən rus-erməni ideoloqları deyirəm? Hər şeyi qoyaq kənara, Levon Ter-Petrosyanın indiki Suriya ərazisində doğulması, ailəsinin SSRİ-yə köçməsi o zamandan bu ailənin KQB nəzarətində, ya da agent olduqlarını göstərir. Çünki 1946-da Suriyadan ermənilərin çoxu Fransaya köçürdü, amma Ter-Petrosyan ailəsi SSRİ-yə gətirildi. Levonun özü Leninqrad şəhərində təhsil alıb, şərqşünaslıq öyrənib, o zaman bu məsləkdə olanların çoxu elə KQB-yə bağlı idi. Həyat yoldaşı etnik rus Lyudmila Pliskovskaya adlı şəxs idi – o da KQB ailəsindən çıxmışdı. Yəni Levon göydən zənbillə Ermənistana düşüb prezident olmadı – onu KQB yetişdirib erməni ideoloqlarının Ermənistanı türklərdən təmizləmə ideyasının “meneceri” təyin etdi.

Məsələni daha da dərinləşdirmək olar, amma nəticədə erməni-terrorçu ideoloqların düşünülmüş siyasəti nəticəsində hər iki xalq böyük qurbanlar verdi. Azərbaycan dövləti, Ordusu qamətimizi düzəltdi, işğala son verib ərazi bütövlüyümüzü təmin etdi və bu qanlı müharibə əhali mübadiləsi ilə yekunlaşdı. Bir çox müharibələr ərazi mübadiləsi və ya sərhədlərin dəyişməsi ilə nəticələnir, amma tarixdə əhali mübadiləsi ilə bitən münaqişələr də olub.

Ermənilərin Qarabağ avantürası da insanların faciələri ilə dolu olan əhali mübadiləsi ilə sona çatdı”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:235
embedMənbə:https://axar.az
archiveBu xəbər 06 Yanvar 2025 07:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see601

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see428

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see424

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see393

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see376

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see372

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see334

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see273

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see258

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see256

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see237

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see237

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see219

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see217

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see216

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see213

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see212

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see210

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see198

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri