Azərbaycanlıların da olduğu gəmi vurulub, narahatam Lyayen
Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu mülki gəmiyə zərbə endirilməsindən narahatlığını ifadə edib.
Turkustan.az APA-ya istinadən xəbər verir ki, Ursula fon der Lyayen bu barədə “X” hesabında paylaşım edib.
“Qara dənizdə Rusiyanın növbəti eskalasiyasından dərin narahatam. Ukrayna və Azərbaycan ekipajının olduğu mülki gəmi Rumıniya sahilləri yaxınlığında vurulub.
Bu məsuliyyətsiz hücumlar günahsız insanların həyatını hədəfə alır və beynəlxalq hüquqa açıq şəkildə ziddir.
Həlak olan dənizçinin ailəsinə və yaxınlarına başsağlığımı bildirirəm. Hələ də üç ekipaj üzvü itkindir. Onları tapmaq üçün yorulmadan çalışan xilasetmə qruplarına təşəkkür edirəm”, – Ursula fon der Lyayen qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 23 Oktyabr 2026 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















