Icma.az
close
up
RU
TASS Bakı taksi xidmətindən yazıb

TASS Bakı taksi xidmətindən yazıb

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Moskva, 11 may, AZƏRTAC

Rusiyanın TASS xəbər agentliyi qonşu ölkələrdə taksi xidmətlərinin icmalını hazırlayıb. İcmalda müasir aqreqatorlarla yanaşı, “London taksiləri” kimi tanınan şəhər nəqliyyat vasitəsinin mövcud olduğu Bakıya da xüsusi diqqət yetirilib.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, icmalda MDB-nin bir neçə ölkəsində səyahət şərtləri, xidmət xərcləri, nəqliyyat vasitəsinin vəziyyəti, sürücülük tərzi və sürücünün ünsiyyət vərdişləri haqqında məlumatlar yer alır. Agentliyin məlumatına görə, Azərbaycan paytaxtında taksi bazarının əksəriyyətini üç böyük aqreqator təşkil edir və təxminən beş kilometrlik səyahət təxminən 4 manata başa gəlir.

Agentlik, həmçinin London taksilərinə bənzəyən rəsmi Bakı maşınlarına diqqət yetirib. Bu nəqliyyat vasitələri tez-tez parlaq bənövşəyi rəngə boyanır və şəhər sakinləri arasında “badımcan taksiləri” kimi tanınır. Onların gediş haqqı adi taksilərin qiymətlərindən daha yüksəkdir. TASS bildirib: “Ödəniş həm nağd, həm də tətbiqlərə qoşulmuş bank kartları ilə qəbul edilir”. Agentlik daha sonra qeyd edir: “Bu yaxınlarda ictimai nəqliyyatda ödəniş üçün xarici kartlardan istifadənin mümkünlüyü elan olunub və NFC texnologiyası üzrə təmassız ödəniş tətbiq edilib. Bu seçim 17-22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna hazırlıq çərçivəsində həyata keçirilib”.

Məqalədə vurğulanır ki, son illərdə Bakının taksi parkı əhəmiyyətli dərəcədə dəyişib: yapon hibrid avtomobilləri ötən il şəhər yollarında kütləvi şəkildə peyda olan Çin avtomobilləri ilə əvəz olunub.

TASS, həmçinin qeyd edir ki, Bakı taksi sürücülərinin əksəriyyəti rus dilində danışır: “İngilis dilində danışanlar da var. Demək olar ki, bütün sürücülər yerlilərdir, bəzən rus sürücülər də olur. Son zamanlar qadınlar Bakıda getdikcə daha çox taksi sükanı arxasına əyləşirlər”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 May 2026 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri