Icma.az
close
up
RU
İranın qarşısında üç yol var Pezeşkian onları açıqladı

İranın qarşısında üç yol var Pezeşkian onları açıqladı

Icma.az bildirir, Modern.az portalına istinadən.

İran Prezidenti Məsid Pezeşkian İslam Respublikasının hüquq-mühafizə qüvvələrinin komandanı və yüksək rütbəli zabitləri ilə görüşdə müharibədən sonrakı strateji seçimləri açıqlayıb.
Modern.az-ın məlumatına görə, Pezeşkian deyib ki, milli maraqlara əsaslanan rasional və məntiqli seçim, silahlı qüvvələrin döyüş meydanında qazandığı hərbi qələbəni diplomatik sahədə tamamlayaraq İranın hüquqlarını ləyaqət və güc mövqeyindən təmin etməkdir.

Prezident bildirib ki, ölkənin hazırda qarşısında üç fərqli yol var:

İranın hüquqlarını əldə etmək üçün güclü və ləyaqətli şəkildə danışıqlara başlamaq;
nə müharibə, nə də sülh vəziyyətində qalmaq;
və ya qarşıdurma və münaqişə yolunu davam etdirmək.

Pezeşkian deyib:
“Milli maraqlara əsaslanan rasional və məntiqli seçim odur ki, Silahlı Qüvvələrin döyüş meydanında qazandığı qələbə diplomatik arenada tamamlanmalı və İran xalqının hüquqları ləyaqət və güc mövqeyindən təmin edilməlidir”.

Pezeşkian İranın diplomatiyaya açıq olmasını güzəşt kimi deyil, hesablanmış siyasi mövqe kimi təqdim edib. O, bildirib ki, əgər düşmən sülh təklif edərsə, onu rədd etmək olmaz, lakin sülhdən sonra da həmin düşmənə qarşı arxayın, həddindən artıq nikbin və ya etibarlı yanaşmaq olmaz.

“İran İslam Respublikası da məhz bu prinsip əsasında, düşmənə etimadsızlığını qoruyaraq, ləyaqət, hikmət və məqsədəuyğunluq mövqeyindən danışıqları mümkün hesab edir”, - Pezeşkian əlavə edib

Prezident bildirib ki, əgər ölkə rəhbərinin narahatlıqlarına və İran xalqının maraqlarına uyğun bir razılaşma əldə olunarsa, İran öz öhdəliklərinə sadiq qalacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 May 2026 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri