Icma.az
close
up
RU
Azərbaycanlıların Ermənistandan qovulması pislənilməlidir Ombudsmandan açıq məktub

Azərbaycanlıların Ermənistandan qovulması pislənilməlidir Ombudsmandan açıq məktub

Icma.az bildirir, Modern.az portalına istinadən.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Ermənistanın Azərbaycan xalqına qarşı irqi ayrı-seçkilik və nifrət zəminində həyata keçirdiyi etnik təmizləmə və deportasiya siyasəti ilə bağlı beynəlxalq insan hüquqları təşkilatlarına, xarici ölkələrin ombudsmanlarına və milli insan hüquqları təsisatlarına açıq məktub ünvanlayıb.

Modern.az məktubu təqdim edir:

“Ermənistanın Azərbaycan xalqına qarşı irqi ayrı-seçkilik və nifrət zəminində həyata keçirdiyi soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti əsrlər boyu davam edib və müxtəlif tarixi dövrlərdə açıq şəkildə özünü göstərib.

Bu məkrli siyasətin 1990-cı illərdə daha da genişləndirilməsi, həm vəzifəli şəxslər, həm də fərdi insanlar, qruplar və təşkilatlar vasitəsilə azərbaycanlı əhaliyə qarşı etnik nifrətə əsaslanan, genişmiqyaslı və sistematik zorakılıq, soyqırımı aktlarının törədilməsi, Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində yaşayan yüz minlərlə soydaşımızın öz tarixi ata-baba yurdlarından zorla qovulmasına səbəb olub.

Ermənistanın iştirakçısı olduğu beynəlxalq müqavilələrə zidd olaraq həyata keçirdiyi bu cinayət aktları ölkənin keçmiş liderləri Levon Ter-Petrosyan, Robert Koçəryan və Serj Sarkisyan tərəfindən dəfələrlə etiraf edilib.

Ermənistanın Birinci Qarabağ müharibəsində iştirak etmiş sabiq prezidenti Serj Sarkisyanın Xocalı soyqırımı ilə bağlı söylədiyi fikirlər açıq şəkildə etnik nifrətə dəstək verdiyini göstərib Belə ki, S.Sarkisyan britaniyalı jurnalist Tomas de Vaal ilə müsahibəsində Xocalı soyqırımının törədilməsinin məqsədini etiraf edib. Onun bu açıqlamaları soyqırımının Ermənistan rəhbərliyi tərəfindən məqsədli şəkildə planlaşdırıldığını və Azərbaycan xalqına qarşı nifrətə əsaslandığını bir daha ortaya qoyur. Bu etiraflar Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərin geniş miqyasını və sistematik şəkildə həyata keçirildiyini aydın şəkildə göstərir.

Son günlər Levon Ter-Petrosyanın mediada və sosial şəbəkələrdə yayılan videolarında söylədiyi fikirlər də Qərbi Azərbaycandan soydaşlarımızın zorla qovulması, Qarabağ və ətraf ərazilərdə törədilən soyqırımlarının məhz onların rəhbərliyi altında məqsədli olaraq həyata keçirildiyini bir daha təsdiqləyir.

Videoya baxdıqda aydın olur ki, Ermənistanın birinci prezidenti azərbaycanlıların Ermənistandan qovulmasının erməni şovinistlərinin Azərbaycana qarşı ərazi iddialarını gerçəkləşdirmək üçün aparılan siyasətin tərkib hissəsi olduğunu açıq şəkildə etiraf edib. Bu məqsədlə Basarkeçər, Uluxanlı, Amasya və bütövlükdə Zəngəzurda əhalinin əksəriyyətini təşkil edən azərbaycanlılara qarşı qəsdən etnik təmizləmə tədbirlərinə hazırlıq görülüb.

Levon Ter-Petrosyan öz çıxışında azərbaycanlıların Ermənistandan zorla qovulmasını “erməni xalqının böyük uğuru” kimi dəyərləndirmiş və yalnız bu addımla Ermənistanın müstəqillik yolunda irəlilədiyini iddia edib. Onun sözlərinə görə, Ermənistan və Qarabağın azərbaycanlılardan tamamilə təmizlənməsi, erməni xalqının əsrlər boyu həll edə bilmədiyi bir “problemi” aradan qaldırmaq deməkdir: “Bizim ən böyük xoşbəxtliyimiz odur ki, biz milislərimizin işini təşkil etdik. Yaradılan silahlı dəstələr ordumuzun dayağı oldu. Beləliklə, biz hələ Ermənistan və Azərbaycan müstəqillik əldə etməmişdən əvvəl çox böyük təcrübə qazanmışdıq. Ermənistan və Qarabağ başqa millətlərdən tamamilə təmizlənib. Bir daha təkrar edirəm, bu, 600 illik problem idi. Erməni xalqı bundan daha 600 il sonra onun əhəmiyyətini hiss edəcək. Təsəvvür edin, əgər bu gün Ermənistanda 1988-ci ilə qədər buradakı 170 min başqa millətdən (azərbaycanlı) insan olsaydı, bizim dövlətimiz olmazdı. Biz nə şimal, nə şərq rayonlarımızı, nə də Sevanı (Göyçə gölünü) qoruya bilərdik. Üstəlik, burada üç yeni problemlə üz-üzə qalacaqdıq. Unutmayın ki, üç bölgədə azərbaycanlılar çoxluq təşkil edirdi. Bunlar Vardenis (Basarkeçər), Masis (Uluxanlı) və Amasya rayonları idi. Azərbaycanlılar Zəngəzurda da çoxluq təşkil edirdilər. Nə yaxşı ki, bu problem vaxtında həll olundu”.

Bu sözlər bir daha təsdiq edir ki, Ermənistanın azərbaycanlılara qarşı tətbiq etdiyi zorakı tədbirlər və etnik təmizləmə siyasəti məqsədyönlü, sistemli və düşünülmüş şəkildə həyata keçirilmişdir. Levon Ter-Petrosyanın erməni milli hərəkatının hərbi qanadı “Yerpaka” üzvlərinin qarşısında söylədiyi bu fikirlər Ermənistan rəhbərliyinin faşist və millətçi ideologiyaya əsaslanan siyasətini, Azərbaycana qarşı nifrət və kin bəslədiyini açıq şəkildə nümayiş etdirir.

Ermənistanda əhali arasında dövlət səviyyəsində anti-azərbaycan və anti-türk nifrətinin formalaşdırılması və ötən dövr ərzində daha da inkişaf etdirilməsi uzun illər ərzində Azərbaycana qarşı törədilmiş beynəlxalq cinayətlərin əsas səbəblərindən birini təşkil edib.

Ermənistanın azərbaycanlılara qarşı törətdiyi çoxsaylı sülh və insanlıq əleyhinə, həmçinin müharibə cinayətləri, soyqırımı, etnik təmizləmə və deportasiya aktları ilə bağlı kifayət qədər əsaslı sübut və dəlillər mövcuddur. Bu faktlarla bağlı beynəlxalq qurumlara dəfələrlə müvafiq hesabatlar, bəyanatlar və müraciətlər göndərilsə də, Azərbaycana qarşı tətbiq olunan ikili standartlar nəticəsində həmin beynəlxalq cinayətlərə hələ də adekvat reaksiya verilmir. Xüsusilə təəssüf doğuran hallardan biri də odur ki, son dövrlərdə Ermənistan tərəfindən bu cinayətlərin inkar edilməsi, əksinə beynəlxalq ictimaiyyətdə Azərbaycana qarşı mənfi münasibət yaradılması üçün əsassız iddiaların irəli sürülməsi tendensiyası müşahidə olunur.

Bundan əlavə, təqdim etdiyimiz hesabatlardan aydın olduğu kimi, ötən dövr ərzində iştirakçısı olduğu beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər Ermənistan tərəfindən nəinki nəzərə alınmayıb, əksinə həmin sənədlərdə təsbit olunmuş fundamental insan hüquq və azadlıqları daha geniş şəkildə və kobud formada pozulmağa davam edib.

Beynəlxalq sənədlər Ermənistanın üzərinə, onun ərazisindən qovulmuş azərbaycanlıların hər hansı bir ayrı-seçkiliyə yol verilmədən, sülh yolu ilə öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasına şərait yaratmaq da daxil olmaqla, onların hüquqlarının bərpası və qorunması sahəsində konkret öhdəliklər qoyur. Buna görə də vaxtilə indiki Ermənistan ərazisindəki tarixi torpaqlarından qovulmuş azərbaycanlıların öz vətənlərində yaşamaq hüququna malik olmaları, əzəli, toxunulmaz, mütləq və həlledici bir faktor kimi qəbul edilərək təmin olunmalıdır. Ermənistanın milli hüquqi çərçivəsi azərbaycanlılar üçün əlçatan olması məqsədilə təkmilləşdirilməli, onların bərabər hüquqları təmin olunmalı, ana dillərində təhsil almaq, qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında Azərbaycan dilindən istifadəyə imkan yaradılmalıdır.

Hesab edirəm ki, 300 minə yaxın azərbaycanlının indiki Ermənistan ərazisindən qovulması dünyada presedenti olmayan ədalətsiz qərar kimi pislənilməli, onların ləyaqətli və təhlükəsiz qayıdış hüququnun təmini daim beynəlxalq ictimaiyyətin diqqətində olmalı, bu vəziyyətin davam etməsi beynəlxalq sülh və təhlükəsizliyə təhdid kimi qəbul edilməlidir.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) olaraq, bundan dərin təəssüf hissi keçirdiyimizi bildirərək, beynəlxalq təşkilatları, xarici ölkələrin ombudsmanlarını və milli insan hüquqları təsisatlarını ikili standartlara yol vermədən, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri əsasında Azərbaycana münasibətdə qətiyyətli və ədalətli mövqe nümayiş etdirməyə dəvət edir, eyni zamanda sözügedən problemin ədalətli həllinə nail olmaq məqsədilə aşağıdakı məsələlərlə bağlı qəti addımlar atmağa çağırıram:

1. Ermənistanın sabiq prezidentinin etiraflarında yer alan dəhşətli faktların araşdırılması istiqamətində beynəlxalq səviyyədə təsirli tədbirlərin görülməsi;

2. Ermənistan tərəfindən azərbaycanlılara qarşı irqi və etnik-dini zəmində ayrı-seçkilik səbəbindən törədilmiş soyqırımı aktlarının tanınması, etnik təmizləməyə və deportasiyaya məruz qalmış soydaşlarımızın Qərbi Azərbaycana (indiki Ermənistana) - öz tarixi ata-baba torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin olunması, beləliklə də onların pozulmuş hüquqlarının tezliklə bərpa olunmasına dəstək göstərilməsi;

3. İndiki Ermənistandan qovulmuş azərbaycanlıların öz tarixi yurdlarına qayıdışı həyata keçirildikdən sonra onların beynəlxalq hüquq normalarında təsbit olunmuş bütün fundamental hüquq və azadlıqlarının qorunmasına təminat verilməsi;

4. Azərbaycanlılara məxsus mülkiyyətin, o cümlədən müxtəlif təyinatlı torpaq sahələrinin sahiblərinə geri qaytarılması, onlara vurulmuş zərər və mülkiyyətdən istifadənin qarşısının alınması səbəbindən yaranmış itkilərlə əlaqədar kompensasiya ödənilməsi, mülkiyyət hüququnun bərpasından irəli gələn bütün xərclərin qarşılanması və digər zəruri tədbirlərin görülməsinin Ermənistan hökuməti tərəfindən təmin edilməsi;

5. İndiki Ermənistan ərazisində və işğal dövründə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində azərbaycanlılara məxsus mülklərin, tarixi-mədəni və dini abidələrin Ermənistan tərəfindən dağıdılması, talan edilməsi, mənimsənilməsi, mənşəyi və təyinatının dəyişdirilməsi kimi sistematik vandalizm siyasətinə məruz qalmasının beynəlxalq cinayət kimi qiymətləndirilməsi və bununla bağlı zəruri addımlar atılması;

6. Ermənistan hökumətindən azərbaycanlılara qarşı irqi, etnik-dini zəmində nifrət və ayrı-seçkiliyi təşviq edən əməllərdən çəkinmələri və xüsusilə də bu fəaliyyətə uşaqların cəlb olunmasına yol verilməsinin qarşısının alınmasının tələb edilməsi;

7. Azərbaycanlılara qarşı nifrəti təbliğ edən və gənc nəslin formalaşdırılmasında istifadə olunan ədəbiyyatların qadağan edilməsi;

8. Dövlət nümayəndələrinin və siyasi xadimlərin azərbaycanlılara və Azərbaycana qarşı nifrət zəminində çıxışlarına son verilməsi.

Ümid edirəm ki, beynəlxalq insan hüquqları təşkilatları, xarici ölkələrin ombudsmanları və milli insan hüquqları təsisatları, bütövlükdə isə dünya ictimaiyyəti bu məsələyə ciddi yanaşacaq və Azərbaycanın ərazilərində törədilən cinayətlərin ədalətli şəkildə araşdırılmasına, həmçinin azərbaycanlıların hüquqlarının bərpasına öz dəstəyini əsirgəməyəcəklər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az-ı izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://modern.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Finlandiya prezidenti Ukrayna ilə bağlı maraqlı şərt irəli sürdü: ABŞ Rusiya ilə yan yana ola bilməz

05 Mart 2025 11:03see145

Ekoloqlar yanğın yerinə GETDİLƏR

05 Mart 2025 11:03see141

İlon Mask amerikalıların şəxsi məlumatlarını araşdırmaqda ittiham olunur

05 Mart 2025 11:03see136

Çin hərbi büdcəsini kəskin artıracaq

05 Mart 2025 20:40see132

Gəncədə avtomobillər toqquşdu: Yaralı var Fotolar

05 Mart 2025 21:04see130

Ərdoğan və İlham Əliyev iftar süfrəsində

05 Mart 2025 21:24see130

ABŞ da güclü külək: 500 mindən ev işıqsız qalıb

05 Mart 2025 21:08see128

ABŞ qanunsuz miqrasiyaya şərait yaradan xarici rəsmilərə qarşı sanksiyalar tətbiq edəcək

06 Mart 2025 00:46see125

Lənkəranda yanğın zamanı ata və oğlu xəsarət alıb

06 Mart 2025 03:28see125

Deku rəğbət bəsləyir, Flik isə tam əmin deyil

05 Mart 2025 22:57see121

Rusiyalı deputat Rusiyaya qarşı sanksiyaları ləğv etməməyi xahiş edir...

06 Mart 2025 00:06see119

Liviya cihad vergisini ləğv edib

06 Mart 2025 03:54see115

U 15 Azərbaycan birinciliyinə yekun vurulub

06 Mart 2025 16:22see115

Hər bürc haqqında 10 maraqlı FAKT

07 Mart 2025 00:03see114

Fənərbaxça dan öz meydanında biabırçı məğlubiyyət Avropa Liqası

07 Mart 2025 00:08see113

Ərdoğan və Putin hər an... Kılıç

07 Mart 2025 00:48see113

Mançester Yunayted da daha 2 itki Real Sosyedad la matçı buraxacaqlar

05 Mart 2025 22:02see112

“Ahəng qanununa uyğun işləyirəm” Ceyhun Musaoğlu ilə 50 yaşın müsahibəsi

06 Mart 2025 00:31see111

Serenay Sarıkayanın son görüntüləri pərəstişkarlarının narahatlığına səbəb oldu

06 Mart 2025 16:18see110

Tramp HƏMAS ı hədələdi: Sizə son xəbərdarlığımdır

06 Mart 2025 07:20see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri