Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

8 Noyabr Zəfər Günü: dondurulmuş münaqişədən tarixi Qələbəyə ŞƏRH

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 6 noyabr, AZƏRTAC

Noyabrın 6-da Şanxay şəhərində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ilə “China Eastern Airlines” şirkətinin sədri Vanq Jiqinq arasında görüş keçirilib.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Heydər Əliyev Beynəlxalq Hava Limanının direktoru Teymur Həsənov, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid və baş icraçı direktorun müavini Rəşad Əliyev iştirak ediblər.

Görüş zamanı “China Eastern Airlines” şirkətinin Azərbaycana uçuşlara başlaması, iki ölkə arasında hava əlaqələrinin genişləndirilməsi və qarşılıqlı turist axınının artırılması imkanları müzakirə olunub.

Fuad Nağıyev Azərbaycan ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlığın və yüksək səviyyəli münasibətlərin turizm əməkdaşlığının inkişafı üçün əlverişli zəmin yaratdığını vurğulayıb. Çinin Azərbaycanın prioritet turizm bazarlarından biri olduğunu qeyd edən Agentlik sədri bu ölkədə həyata keçirilən təbliğat fəaliyyəti, aparıcı səyahət platformaları ilə əməkdaşlıq və Azərbaycan Turizm Bürosunun Pekində açılmış ofisi barədə məlumat verib.

Fuad Nağıyev aviaşirkətin Azərbaycana uçuşlara başlamasına Dövlət Turizm Agentliyinin dəstək göstərməyə hazır olduğunu bildirib. Bu çərçivədə turizmin inkişafına dair dövlət proqramında nəzərdə tutulan subsidiya mexanizmləri, hava limanı güzəştləri və birgə marketinq imkanları müzakirə edilib.

“China Eastern Airlines” şirkətinin sədri Vanq Jiqinq Çin və Azərbaycan arasında hərtərəfli strateji tərəfdaşlığın mülki aviasiya və turizm sahələrində ikitərəfli əməkdaşlıq üçün möhkəm təməl yaratdığını, qarşılıqlı viza tələbinin aradan qaldırılmasının aviasiya bazarının genişlənməsinə uzunmüddətli təkan verdiyini bildirib.

Şanxay və Bakı arasında birbaşa uçuşların böyük bazar potensialına və inkişaf perspektivlərinə malik olduğunu vurğulayan Vanq Jiqinq iki ölkə arasında turizm əlaqələrinin birgə inkişaf etdirilməsində və hava sərnişindaşımalarının artırılmasında maraqlı olduqlarını, bu istiqamətdə Dövlət Turizm Agentliyinin səylərini yüksək qiymətləndirdiklərini qeyd edib.

Qeyd edək ki, Çində Azərbaycanın turizm imkanları haqqında məlumatlılığın artırılması məqsədilə genişmiqayslı tanıtım tədbirləri həyata keçirilir. Çində keçirilən beynəlxalq turizm sərgiləri və tədbirlərində iştirak, Çinin Pekin, Şanxay, Quançjou, Şençjen, Çenqdu kimi böyük şəhərlərində silsilə təqdimat tədbirləri, turizm sənayesi nümayəndələri ilə əməkdaşlıq görüşləri, media və blogerlər üçün tanışlıq səfərlərinin təşkili, onlayn platformalarda marketinq fəaliyyətləri ilboyu davam etdirilir.

Bu fəaliyyətlər çərçivəsində 2026-cı il ərzində “Weibo”, “WeChat”, “Douyin”, “RedNote”, “SKYE” və “Bilibili” daxil olmaqla Çin Xalq Respublikasının sosial media platformalarında Azərbaycanın turizm potensialının təbliği həyata keçirilməyə başlanılıb, Çinin aparıcı səyahət platformalarından olan “CTRIP.com” və “FLİGGY” platformalarında mütəmadi olaraq Azərbaycanın turizm potensialını təbliğ edən reklam kampaniyaları yerləşdirilib.

2026-cı il mayın 29-da Pekində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisinin fəaliyyətdədir. 2025-ci il aprelin 23-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”ə əsasən Çin vətəndaşları Azərbaycana vizasız səfər edirlər.

Hazırda Azərbaycan və Çin arasında Bakı-Pekin istiqamətində “Azərbaycan Hava Yolları” şirkəti (AZAL) vasitəsilə həftədə 3 dəfə, Bakı-Urumçi istiqamətində “Çin Cənub Hava Yolları” (“China Southern Airlines”) vasitəsilə həftədə 5 dəfə birbaşa uçuşlar həyata keçirilir.

2025-ci ildə Çindən Azərbaycana gələn xarici vətəndaşların sayı 2024-cü illə müqayisədə 41,7 faiz artaraq 63 500 nəfərə, 2026-cı ilin yanvar-oktyabr aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artaraq 61 001 nəfərə çatıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:49
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2026 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see553

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see398

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see368

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see314

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see305

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see297

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see275

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see271

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see270

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see247

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see247

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see246

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see228

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see224

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see224

8 Noyabr Zəfər Günü: dondurulmuş münaqişədən tarixi Qələbəyə ŞƏRH

04 Noyabr 2026 17:14see217

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see214

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see205

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see199

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri