Azərbaycanlıların olduğu gəmiyə PUA hücumu
Icma.az bildirir, Milli.az portalına istinadən.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu "Volga 4007" yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.
Milli.Az musavat.com-a istinadən bildirir ki, hadisə barədə "Azərbaycan Dənizçilərinə Dəstək" İctimai Birliyinin sədri İlham Nəsirov məlumat verib.
Onun sözlərinə görə, "Reka Dənizçilik" şirkətinə məxsus, Kuk adaları bayrağı altında üzən "Volga 4007" quru yük gəmisi Novorossiysk limanından çıxarkən hücuma məruz qalıb.
İlkin məlumata əsasən, gəmiyə ardıcıl olaraq 4 dron zərbəsi endirilib.
Hücum zamanı gəminin göyərtəsində ümumilikdə 13 heyət üzvü olub. Onlardan 10-u Hindistan, 3-ü isə Azərbaycan vətəndaşıdır.
Dron hücumundan sonra heyət üzvlərinin təxliyəsinə başlanılıb.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması və gəminin nə qədər zərər gördüyü barədə hələlik məlumat verilmir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:191
Bu xəbər 20 Avqust 2026 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















