Icma.az
close
up
RU
Azərbaycanlılarla ermənilər bu halda birgə yaşaya bilər Millət vəkili

Azərbaycanlılarla ermənilər bu halda birgə yaşaya bilər Millət vəkili

Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fevralın əvvəlində Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-yə səfəri planlaşdırılır. Paşinyan rəsmi görüşlərində sammitdə çıxış edəcəyini bildirib, lakin bu səfərin ən əhəmiyyətli aspektlərindən biri onun ABŞ ilə münasibətləri daha da möhkəmləndirmək niyyətində olmasıdır. Xüsusilə, ABŞ prezidenti Donald Tramp ilə müsbət əlaqələr qurmağa çalışan Ermənistan rəhbərliyi hazırda da Vaşinqtondan iqtisadi və siyasi dəstək almağı hədəfləyə bilər.

Bəs bu gəlişmələr fonunda ABŞ-nin hakimiyyəti Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasında rol oynaya bilər?

Millət vəkili Naqif Həmzəyev Metbuat.az-a açıqlamasında xatırladıb ki, Amerikanın prezidenti Donald Tramp bütün müharibələri dayandırmaq istədiyini və Amerikanın güclənməsi üçün çalışacağını bütün bəyanatlarında söyləyib. Bu baxımdan Cənubi Qafqazda uzunmüddətli sülhün baş tutması üçün Amerikanın da səylərinin vacib olduğunu düşünür:

“Ancaq Bayden administrasiyasından fərqli olaraq Tramp administrasiyası qərəzsiz olaraq sülhün əldə olunmasına yanaşmalı, konkret tərəf tutmamalıdır və ya açıq şəkildə Ermənistanı dəstəkləməməlidir. İstənilən halda başqa dövlətlərin səyləri, sülhün əldə olunması üçün töhfələri sevindirici haldır. Ancaq unutmamalıyıq ki, sülh anlaşmasını Azərbaycan və Ermənistan imzalayacaq və bu baxımdan biz heç bir vasitəçi olmadan sərhədlərimizin delimitasiya və demarkasiyasının baş tutmasına şahidlik etmişik və bu prosesi uğurla davam etdirilir”.

Siyasətçi bildirib ki, əgər Qərb dövlətləri Ermənistanı süni şəkildə cəsarətləndirməsələr, aktiv şəkildə silahlandırmasalar, Ermənistan reallıqları daha yaxşı dərk edəcək və daha sürətli şəkildə uzunmüddətli sülh mümkün olacaq. Bunun sayəsində də yaxın gələcəkdə birgə yaşayışa şahidlik edə biləcəyik:

“Bu baxımdan düşünürəm ki, Donald Tramp da Cənubi Qafqazda sülhün əldə edilməsinə töhfə verəcək. Ondan öncəki ABŞ administrasiyasının - Bayden hökumətinin buraxdığı səhvləri təkrarlamayacaq, əksinə bu səhvləri daha yaxşı şəkildə düzəldəcək. Eyni zamanda Trampın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı və görüşü planlaşdırılır ki, burada əsasən Ukrayna-Rusiya münaqişəsinin normallaşdırılması müzakirə ediləcək. Ancaq hesab edirəm ki, bu görüşdə Cənubi Qafqazda sülhün əldə edilməsi, Yaxın və Orta Şərqdə baş tutacaq bir çox proseslər də öz töhfəsini alacaq”.

Millət vəkilinin sözlərinə görə, biz 2025-ci ildə sülhə daha yaxınıq və bu il sülhün əldə olunması üçün çox əla şanslar var. Bir şərtlə ki, Ermənistan tərəfi təxribat törətməsin və vaxt qazanmaq istəməsin, real olaraq proseslərə yanaşaraq öz öhdəliklərini yerinə yetirsin.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 24 Yanvar 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see189

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see155

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see152

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri