Icma.az
close
up
RU
Azercell Böhran İdarəetmə Qrupu layihəsinin əhatə dairəsini genişləndirir

Azercell Böhran İdarəetmə Qrupu layihəsinin əhatə dairəsini genişləndirir

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azercell rabitə infrastrukturunun dayanıqlığının artırılması və böhran hallarına hazırlığın gücləndirilməsi məqsədilə həyata keçirdiyi "Böhran İdarəetmə Qrupu" (BİQ) layihəsinin əhatə dairəsini genişləndirir. Layihənin növbəti mərhələsi çərçivəsində Aztelekom-un Şimal-Şərq Regional Filialının əməkdaşları üçün xüsusi təlim proqramı təşkil olunub.

Təlimlər zamanı iştirakçılar böhran şəraitində rabitə şəbəkəsinin fəaliyyətinin davamlılığının təmin edilməsi, operativ qərarvermə, qəza-bərpa proseslərinin idarə olunması və qurumlararası koordinasiya üzrə nəzəri və praktiki biliklərini inkişaf etdiriblər. Proqram böhran hallarına hazırlıq səviyyəsinin artırılması və regional texniki komandaların peşəkar bacarıqlarının gücləndirilməsinə xidmət edir.

Layihənin növbəti mərhələlərində analoji təlimlərin il ərzində Aztelekom-un bütün regional filiallarında keçirilməsi planlaşdırılır. Bu təşəbbüs ölkənin müxtəlif bölgələrində böhran vəziyyətlərinə çevik reaksiya verə bilən peşəkar texniki resursların formalaşdırılmasına və vahid fəaliyyət standartlarının tətbiqinə töhfə verəcək. pizza hut

Qeyd edək ki, "Dayanıqlı rabitə, təhlükəsiz həyat!" şüarı altında 2024-cü ildən etibarən Azercell, Aztelekom və Azerkosmos-un əməkdaşlığı ilə həyata keçirilən "Böhran İdarəetmə Qrupu" layihəsi rabitə xidmətlərinin davamlılığının təmin olunmasına yönəlmiş milli əməkdaşlıq modelidir. Layihə təbii fəlakətlər, texnogen qəzalar və digər böhran hallarında operativ informasiya mübadiləsini, resursların çevik səfərbər edilməsini və qəza-bərpa işlərinin koordinasiyalı şəkildə həyata keçirilməsini təmin edən vahid idarəetmə mexanizminin formalaşdırılmasını nəzərdə tutur.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 11 Avqust 2026 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri