“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı FOTOLAR
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Azercell Telekom” MMC-nin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı çərçivəsində təşkil olunan “Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin finalı keçirilib.
"Unikal" xəbər verir ki, üç mərhələdən ibarət seçim turunda ölkə üzrə ümumilikdə 4000-ə yaxın 6 və 7-ci sinif şagirdləri iştirak edib. Nəticədə 162 nəfər finala vəsiqə qazanaraq Azərbaycan Texniki Universitetində keçirilən son etapda öz bilik və bacarıqlarını nümayiş etdirib. Finalçılar üç saat ərzində beş alqoritmik məsələni C++ və Python proqramlaşdırma dillərində həll edərək tapşırıqları avtomatik qiymətləndirmə sistemi vasitəsilə sınaqdan keçiriblər.
Yekunda Bakı, Quba, Gəncə, Balakən, Şəki, Sumqayıt və Göyçaydan olan 28 məktəbli qalib elan olunub. Müsabiqənin qalibləri cari ilin oktyabr ayından etibarən informatika üzrə beynəlxalq olimpiadalara hazırlıq proqramına qoşulacaq.
2017-ci ildən başlayaraq informatika üzrə beynəlxalq olimpiadalara hazırlıq təşəbbüsünə dəstək verən Azercell, artıq dördüncü ildir ki, “Azercell CUP” yarışmasını təşkil edir. Bu müsabiqə gənc nəslin informatika, proqramlaşdırma və kompüter elmlərinə marağını təşviq etməklə yanaşı, onların bu istiqamətlərdə bacarıqlarının inkişafına töhfə verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 10 İyul 2025 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















