Icma.az
close
up
RU
“Gəncə Cup 2025”in ilk günü uğurla yekunlaşdı Fotolar

“Gəncə Cup 2025”in ilk günü uğurla yekunlaşdı Fotolar

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası (ASF) və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə 13 sentyabr tarixində Gəncə İdman Sarayında start götürən “Gəncə Cup 2025” üzgüçülük yarışı uğurla davam edir.

“Qafqazinfo” xəbər verir ki, turnirdə 24 klubu təmsil edən 200-dən çox idmançı iştirak edir. İlk gündə hovuzda gərgin və həyəcanlı mübarizə yaşanıb, üzgüçülər həm güclərini, həm də peşəkarlıqlarını nümayiş etdiriblər.

İlk günün qalibləri:

Qadınlar

Sərbəst üsulla 200 metr – Məryam Cavadova (qızıl medal), Nastya Qnussina (gümüş medal), Aleksandra Slepenko (bürünc medal);

“Butterfly” üsulu ilə 100 metr – Mehri Abdurəhmanlı (qızıl medal), Aleksandra Slepenko (gümüş medal), Nərmin Ramazanova (bürünc medal);

“Brass” üsülu ilə 100 metr – Anastasiya Boborıkina (qızıl medal), Veronika Şandıbina (gümüş medal), Cahan Nəbiyeva (bürünc medal);

“Arxası üstə” üsülu ilə 100 metr – Vlastilina Xasyanova (qızıl medal), Safiya Hacıyeva (gümüş medal), Aişə Səmədova (bürünc medal);

Sərbəst üsulla 50 metr – Məryəm Cavadova (qızıl medal), Xədicə Qasımzadə (gümüş medal), Aleksandra Slepenko (bürünc medal);

“Qarışıq” üsul ilə 200 metr – Safiya Səmədova (qızıl medal), Marqarita Maynitskaya (gümüş medal), Ayla Hüseynova (bürünc medal);

“Qarışıq” üsul ilə estafet 100 metr – Vlastilina Xasyanova, Anastasiya Qnussina, Mehri Abdurəhmanlı, Məryəm Cavadova (qızıl medal), Safiya Hacıyeva, Safiya Medvedeva, Dəniz Topçubaşova, Marqariya Maynitskaya (gümüş medal), Nigar Məmmədli, Aişə Səmədova, Alaksandra Slepenko, Safiya Səmədova (bürünc medal);

Kişilər

Sərbəst üsulla 200 metr – Ramal Sadıqlı (qızıl medal), Əmirhüseyn Gənceh (gümüş medal), Mehdi Muxtarlı (bürünc medal);

“Butterfly” üsulu ilə 100 metr – Fərhad Şirməmmədli (qızıl medal), Amin Oruclu (gümüş medal), Nicat Qiyasi (bürünc medal);

“Brass” üsülu ilə 100 metr – Yeqor Maynitskiy (qızıl medal), İsmət Aslanov (gümüş medal), Vasif Nəcəfli (bürünc medal);

“Arxası üstə” üsülu ilə 100 metr – Oqtay Hüseynov (qızıl medal), Nihad Yusibov (gümüş medal), Timur Nikiforov (bürünc medal);

Sərbəst üsulla 50 metr – Orxan Əliyev (qızıl medal), Ayaz Zərbəliyev (gümüş medal), Daniyal Muhammed (bürünc medal);

“Qarışıq” üsul ilə 200 metr – Yeqor Maynitski (qızıl medal), Timur Nikiforov (gümüş medal), Yusif Sofiyev (bürünc medal);

“Qarışıq” üsul ilə estafet 100 metr – Daniyal Muhammed, Əmirhüseyn Gənceh, Ramal Sadıqlı, Artyom Novotorjin (qızıl medal), Tofiq Əhmədzadə, Timur Nikiforov, Amin Oruclu, İslam Yanqlıçev (gümüş medal), Mənsur Bağırov, İsmət Aslanov, Yusif Sofiyev, Osman Qəribov (bürünc medal).

Mükafatları Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev, federasiyanın vitse-prezidenti Xaliq İldırımzadə və federasiyanın İcraiyyə Komitəsinin üzvü Ruslan Ələkbərov təqdim ediblər.

ASF-nin prezidenti Zaur Əliyev açılış çıxışında vurğulayıb: “Gəncə Cup-ın əsas məqsədi ölkədə üzgüçülüyün inkişafına dəstək olmaq, yeni istedadların üzə çıxmasına imkan yaratmaq və idmançılarımızı qarşıdakı beynəlxalq yarışlara hazırlamaqdır. Bu turnir həm də MDB Oyunlarına hazırlıq baxımından möhkəm zəmin olacaq”.

Xatırladaq ki, Gəncə şəhəri 3-cü MDB Oyunları zamanı üzgüçülük də daxil olmaqla bir sıra idman növlərinə ev sahibliyi edəcək. Mötəbər yarışların açılış və bağlanış mərasimləri müvafiq olaraq 28 sentyabr və 8 oktyabr tarixlərində Gəncə Şəhər Stadionunda, üzgüçülük yarışları isə 27 sentyabr – 2 oktyabr tarixlərində Gəncə İdman Sarayında keçiriləcək.














Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 Sentyabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri