Icma.az
close
up
RU
Azercell ə zəng edən abunəçi etiraz etdi: Bizi niyə soyurlar?

Azercell ə zəng edən abunəçi etiraz etdi: Bizi niyə soyurlar?

Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Azercell"in müştəri xidmətlərinə zəng edən vətəndaş soyulduğunu iddia edib.

AZXEBER.COM xəbər verir ki, sosial şəbəkədə yayılan videoda vətəndaş xəbəri olmadan hansısa pullu proqrama qoşulduğunu bildirir. "Azercell" abonenti olduğunu deyən vətəndaş müştəri xidmətləri ilə əlaqə saxlasa da, dəstəyin digər tərəfində olan xanım vətəndaşa həmin xidmətə necə qoşulduğunu izah edə bilmir. 

Müştəri haqlı olaraq hər gün balansından çıxılan pulların hara və hansı xidmətə tutulduğunu bilmək istəyib. Mobil operator əməkdaşının isə bu barədə heç bir köməklik göstərə bilmədiyini bildirib. 

Bəs, belə hallarda vətəndaş nə etməli və sualını kimə ünvanlamalıdır?

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, müasir texnologiyaların tətbiq olunduğu sahələrdə istehlakçıların soyulması prosesi gedir:

"Bu sahədə mənə çox şikayətlər gəlir. Sanki müasir telefon cihazlarının istehsalçısı ilə operatorların gizli bir əlaqəsi var. Telefonlara elə funksiyalar qoyurlar ki, insanların özlərinin də xəbəri olmadan hansısa proqrama qoşulurlar. Bu çox ciddi bir problemdir. 28 ildir ki, mobil operatorlarla bağlı olan şikayətlərin heç birini nə danışıq yolu ilə, nə də dövlət orqanlarının köməyi ilə həll edə bilməmişik. Bunlar müasir texnologiyaların üzərindən gedən məsələlərdir".

Ekspert bildirib ki, günümüzdə mobil operatorlardan ciddi narazılıqlar var: "Etiraf edək ki, bu gün də bu sahə ilə bağlı böyük istehlakçı narazılığı var. Telefon cihazları müasirləşdikcə onlarla müəyyən iş görəndə hansısa proqramlara avtomatik qoşulma baş verir. Operatorlar isə bunu müxtəlif səbəblərlə əsaslandırırlar. Əslinə qalsa, kənardan baxanda onlar böhtan atmırlar. Elə bir texnologiya ilə rastlaşmışıq ki, soyuluruq. Bu sahədə heç bir ictimai nəzarət yoxdur. Heç bir ictimai şura fəaliyyət göstərmir. Çox təəssüf ki, bu sahədə mütəxəssis qıtlığı da var ki, onlar da bu işləri incələmirlər. Bu sahə qaranlıq və olduqca qapalı bir məsələdir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:327
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 07 Mart 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see363

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see337

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see333

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see329

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see311

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see307

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see291

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see291

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see277

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see263

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see259

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see241

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see235

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see235

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see234

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see231

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see202

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri