Icma.az
close
up
RU
“Azercell ə keçdim, nömrəm zənglərə bağlandı”

“Azercell ə keçdim, nömrəm zənglərə bağlandı”

Icma.az bildirir, Azpost portalına istinadən.

Mobil nömrələrin bir operator şirkətdən digərinə daşınması zamanı bəzi texniki problemlər vətəndaşları ciddi narahat edir. Son günlər sosial şəbəkələrdə yayılan paylaşımlardan biri – Orxan adlı istifadəçinin mobil operatorlar haqqında yazdıqları da bu məsələyə diqqəti çəkir.

Şikayətçinin sözlərinə görə, Bakcell-dən Azercell şəbəkəsinə keçmək üçün təklif alıb və şərtlər ona uyğun gəldiyi üçün razılıq verib. Lakin nömrənin daşınmasından dərhal sonra problem yaşanmağa başlayıb: yalnız Azercell abunəçiləri bu nömrəyə zəng edə bilir, digər operatorlardan gələn zənglər isə nömrənin “aktiv olmadığı” mesajı ilə qarşılanır.

İstifadəçi qeyd edir ki, bir həftə ərzində dəfələrlə Azercell operatoruna müraciət etsə də, hər dəfə “texniki şöbə bu məsələ üzərində işləyir” cavabı alıb. O, bu vəziyyətin bilərəkdən və ya sistematik səhlənkarlıqla baş verdiyini düşünür.

Məsələ ilə bağlı mobil rabitə sahəsində mütəxəssislər bildirirlər ki, nömrə daşıma prosesi texniki baxımdan bir neçə sistem arasında yönləndirməni tələb etdiyi üçün müəyyən gecikmələr mümkündür. Lakin bir həftə ərzində problemin həll olunmaması artıq ciddi koordinasiya problemi və ya texniki qüsurun əlaməti sayıla bilər.

Digər tərəfdən, bu cür hallarda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən müvafiq tənzimləyici qurumlar məsələni araşdırmalı və istifadəçi hüquqlarını qorumaq üçün addım atmalıdır.

Qanunvericiliyə əsasən, nömrə daşınması zamanı xidmət keyfiyyətində ciddi pozuntu olarsa, vətəndaşlar həm operatora, həm də dövlət orqanlarına şikayət edə bilər.

Nə etmək olar?

İlk olaraq operatorun rəsmi şikayət bölməsinə yazılı şəkildə müraciət edin.

Problemin 3 iş günü ərzində həll olunmaması halında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə və ya aidiyyəti tənzimləyici quruma rəsmi müraciət göndərmək tövsiyə olunur.

Paralel olaraq hüquqi məsləhət alaraq istifadəçi hüquqlarınızı müdafiə edə bilərsiniz.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://azpost.info
archiveBu xəbər 08 İyul 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see255

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see213

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see211

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see209

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see197

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see192

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see191

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see185

Təqaüd yaşını yox, təqaüdlərin kəskin artırılmasını müzakirə etməliyik Natiq Cəfərli

22 Avqust 2026 12:28see179

Dördüncü şirkətini də eyni prinsiplə qurdu: Raj Toletinin dəyişməyən biznes qaydası

22 Avqust 2026 13:10see171

Alimlər çəki artımını dayandıran maddə tapdılar

22 Avqust 2026 19:21see165

Paşinyan Kərki kəndinin qaytarılması barədə əmr verib

22 Avqust 2026 13:25see162

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see162

Tramp administrasından Kanadaya gözlənilməz tələb Karni AÇIQLADI

23 Avqust 2026 02:53see159

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see155

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see155

La Liqa klubunda yeni bombardir

23 Avqust 2026 00:51see155

“Real”da ciddi itki

22 Avqust 2026 10:13see154

Efiopiyanın Baş naziri Sahibə Qafarova ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə edib

23 Avqust 2026 01:59see151

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri