Icma.az
close
up
RU
Prezident İlham Əliyevin Xankəndidəki müraciəti dərin tarixi və siyasi məna daşıyır ŞƏRH

Prezident İlham Əliyevin Xankəndidəki müraciəti dərin tarixi və siyasi məna daşıyır ŞƏRH

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 11 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin Xankəndidə, şanlı Zəfərimizin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etdiyi müraciət dərin tarixi və siyasi məna daşıyır. Bu, sadəcə, dövlətimizin başçısının xalqa ünvanladığı növbəti müraciət deyil, Azərbaycanın öz tarixi torpaqlarında suverenliyini tam bərpa etməsinin, milli iradəsinin və dövlətçilik əzminin nümayişidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli söyləyib.

O qeyd edib ki, Azərbaycan Prezidentinin vaxtilə işğalın, separatizmin və təcavüzkar niyyətlərin simvoluna çevrilmiş Xankəndidən müraciət etməsi xalqımızın saysız-hesabsız ədalətsizliklərlə qarşılaşdığı tarixə verilən ən tutarlı cavablardan biridir: "Prezidentin illər əvvəl səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida!" bəyanatı milli iradənin ifadəsi olmaqla yanaşı, qəti siyasi mövqenin nümayişi idi. Həmin nida işarəsi 2023-cü il sentyabrın 20-də məhz Xankəndidə qoyuldu. Azərbaycan xalqının iradəsi, dövlətimizin qətiyyəti və Ordumuzun qüdrəti ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Beləliklə, Prezidentin bəyanatı tarixi reallığa çevrildi.

Bu gün həmin tarixi reallığın daha bir rəmzi məqamı yaşanır. Vaxtilə separatçıların qərargahına, təcavüzkar niyyətlərin həyata keçirildiyi məkana çevrilmiş keçmiş icra hakimiyyəti binasında Zəfər Muzeyi fəaliyyət göstərəcək. Prezident İlham Əliyevin həmin binanı "şeytan yuvası" adlandırması və 2023-cü ilin oktyabrında oraya daxil olarkən ilk növbədə pəncərələri açaraq "şeytan ruhunun" çəkilməsini istəməsi təsadüfi deyildi. Bu, işğalın mənəvi və siyasi izlərinin silinməsinin rəmzi idi. İndi həmin binada Zəfər Muzeyinin yaradılması tarixi ədalətin bərpasının, şərin üzərində xeyirin qələbəsinin təcəssümüdür. Müharibə cinayətləri törətmiş şəxslər isə bu gün Azərbaycan qanunları qarşısında cavab verərək layiqli cəzalarını çəkirlər".

Deputat vurğulayıb ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə hərbi tariximizin ən şanlı səhifələrindən biridir. Cəmi 44 gün ərzində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi. Noyabrın 8-də Şuşanın azad olunması isə müharibənin taleyini həll edən həlledici hadisəyə çevrildi. Ermənistanın kapitulyasiyasından sonra digər ərazilərimiz bir güllə atılmadan, şəhid vermədən geri qaytarıldı. Bu, Azərbaycan dövlətinin həm hərbi qüdrətinin, həm də siyasi-diplomatik imkanlarının nəticəsi idi.

Xalq-hakimiyyət birliyi, güclü ordu və Zəfəri gətirən strategiya

Bu Qələbəni şərtləndirən amillər yalnız müasir silahlar və peşəkar ordu ilə məhdudlaşmırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl inkişaf strategiyası, iqtisadi gücün artırılması, beynəlxalq nüfuzun yüksəldilməsi, fəal diplomatiya və müstəqil xarici siyasət qələbənin fundamental əsaslarını formalaşdırmışdı. Ən mühüm amillərdən biri isə dövlətimizin başçısının qətiyyəti, prinsipiallığı və uzaqgörənliyi idi. İşğal illərində müxtəlif xarici dairələrin təzyiqlərinə baxmayaraq, Azərbaycan Prezidenti milli maraqlardan geri çəkilmədi, heç bir məcburi güzəşti qəbul etmədi. Güclü ordu, xalq-hakimiyyət birliyi, əsgər və zabitlərimizin qəhrəmanlığı, milli ruh və həmrəylik bu strategiyanı Zəfərə çevirdi.

2023-cü il sentyabrın 20-də həyata keçirilən birgünlük antiterror əməliyyatı isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını təmin etdi. Bununla ölkəmiz öz ərazisində separatizmə son qoydu, beynəlxalq hüququn fundamental prinsiplərini real siyasi müstəvidə təmin etdi.

"Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri Qələbəmizin davamıdır. Ermənistanın işğal dövründə yerlə-yeksan etdiyi şəhərlər, kəndlər, dağıtdığı tarixi abidələr və məscidlər yenidən qurulur, həyata qayıdır. "Böyük Qayıdış" Proqramı çərçivəsində artıq 100 minə yaxın insanın doğma torpaqlarında məskunlaşması, yaşaması və çalışması Azərbaycanın quruculuq potensialının göstəricisidir. Azərbaycan yalnız torpaqlarını azad etməyib, həmin ərazilərdə yeni həyat qurur",- deyə A. Kərimli əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Noyabr 2026 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri