Icma.az
close
up
RU
Azercell in dəstəyi ilə “RobotChallenge Azerbaijan 2026” uğurla başa çatdı

Azercell in dəstəyi ilə “RobotChallenge Azerbaijan 2026” uğurla başa çatdı

Icma.az bildirir, Sia Az portalına istinadən.

Yarışın nəticələrinə əsasən ümumilikdə 36 komanda mükafatçılar sırasına daxil olub

Azercell-in dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə keçirilən “RobotChallenge Azerbaijan 2026” uğurla yekunlaşıb. Dünyanın ən nüfuzlu robototexnika yarışlarından biri olan “RobotChallenge”in ilk yerli mərhələsi gənclər arasında STEAM təhsilinin təşviqinə və ölkədə innovasiya ekosisteminin inkişafına töhfə verən mühüm platformaya çevrilib.

Yarışda Azərbaycanın müxtəlif bölgələrindən və xarici ölkələrdən 600-dən çox iştirakçı, 200-dən artıq komanda mübarizə aparıb. Yarışın açılış mərasimində Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İndira Hacıyeva, “Azercell Telekom” MMC-nin Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova, həmçinin sənaye liderləri, texnologiya ekspertləri və digər rəsmi qonaqlar iştirak edib.

Sona Abbasova gənclərin innovasiya və mühəndislik sahələrindəki potensialının reallaşdırılmasının əhəmiyyətini vurğulayıb. S. Abbasova bildirib ki, Azercell ölkədə rəqəmsal bacarıqların inkişafına və gələcəyin texnologiya liderlərinin formalaşmasına yönəlmiş təşəbbüslərə dəstəyini davam etdirəcək.

Qeyd edək ki, yarış iştirakçıları müxtəlif kateqoriyalar üzrə öz texniki bilik və bacarıqlarını nümayiş etdirərək innovativ həllər təqdim ediblər. Dinamik qarşılaşmalar və texnoloji layihələr tədbirə gələn çoxsaylı ziyarətçilərin böyük marağına səbəb olub.

Yarışın yekun nəticələrinə əsasən, 7 əsas və 5 alt kateqoriya üzrə qaliblər müəyyən olunub. Ümumilikdə 36 komanda mükafatçılar sırasına daxil olub. Onlardan 12 komanda birinci, 12 komanda ikinci, 12 komanda isə üçüncü yerə layiq görülüb. Komandaların təqdim etdiyi innovativ həllər, texniki yanaşmalar və yüksək performans münsiflər heyəti tərəfindən xüsusi qiymətləndirilib.

Xatırladaq ki, yerli mərhələnin qalibləri Azərbaycanı Çində keçiriləcək beynəlxalq finalda təmsil etmək hüququ qazanıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 İyun 2026 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri