Icma.az
close
up
RU
Azercell in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib

Azercell in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib

Icma.az, Mia.az portalına istinadən məlumat yayır.

“Azercell Telekom” MMC-nin “TikTok” platformasındakı rəsmi səhifəsi təsdiqlənmiş (verified) hesab statusu qazanıb. Bununla da “Azercell” yerli telekommunikasiya bazarında bu nişana layiq görülən ilk mobil operator olub.

Mia.az xəbər verir ki, platforma tərəfindən təqdim olunan rəsmi təsdiq nişanı yalnız aktiv, etibarlı və orijinal məzmun paylaşan, həmçinin “TikTok”un Xidmət Qaydaları və Cəmiyyət Təlimatlarına tam əməl edən səhifələrə verilir. “Azercell”in hesabı bütün verifikasiya meyarlarına uyğunluq nümayiş etdirərək bu statusu əldə edib.

2020-ci ildə yaradılan səhifə qısa müddət ərzində geniş auditoriyanın diqqətini cəlb edərək brendin rəqəmsal məkandakı mövqeyini gücləndirib. Hazırda 200 mindən çox izləyicisi olan səhifə, izləyici sayına görə yerli telekom bazarında liderliyini qoruyur və auditoriyası dinamik şəkildə artmaqda davam edir.

“Azercell”in rəsmi sosial media platformaları istifadəçilərə 24/7 rejimində təqdim olunan xidmətlər, yeni tarif və kampaniyalar, sosial təşəbbüslər və digər yeniliklər barədə operativ məlumat almaq imkanı yaradır. Eyni zamanda, müştərilər şirkətlə birbaşa əlaqə saxlayaraq müraciətlərinə qısa müddətdə cavab əldə edə bilirlər. Bu yanaşma “Azercell”in açıq və əlçatan kommunikasiya modelinin tərkib hissəsidir.

Qeyd edək ki, Azərbaycanda mobil operatorlar arasında ilk dəfə məhz “Azercell Telekom” MMC 2008-ci ildə “Facebook”, 2009-cu ildə “Twitter”, 2012-ci ildə isə “Instagram” platformalarında rəsmi səhifələrini yaradıb. Bu gün də şirkət sosial mediada aktiv və innovativ iştirakını davam etdirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://mia.az
archiveBu xəbər 27 Fevral 2026 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri