Icma.az
close
up
RU
“Azercell”in tarif siyasətindəki dəyişikliklər nədən ibarətdir? MÜTƏXƏSSİSLƏRDƏN AÇIQLAMA FOTO

“Azercell”in tarif siyasətindəki dəyişikliklər nədən ibarətdir? MÜTƏXƏSSİSLƏRDƏN AÇIQLAMA FOTO

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

“Azercell”in "aylıq" internet paketlərində 28 günlük sistem istifadəçilər tərəfindən narazılıqla qarşılanır. 

Avtosfer.az xəbər verir ki, bu mövzuya Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz də münasibət bildirib. O, öz sosial media hesabında bu tətbiqi tənqid edib və məsələ ilə bağlı ətraflı fikir bildirib.

Osman Gündüzün paylaşımını təqdim edirik:

“Azercell”dən “innovasiya”: "AYLIQ" adı ilə 28 GÜNLÜK internet təklif edir

“Azercell” mobil internet tariflərini də dəyişəcəyini elan edib. Təkliflərinə baxıram və qonşu ölkələrlə müqayisə edirəm, yetərincə bahadır və bu, başqa bir müzakirə mövzusudur.

Maraqlı məqam odur ki, bu dövlət şirkətinin təqdim etdiyi internet paketləri “aylıq” adı ilə satılır, amma əslində bu paketlər 30 gün yox, cəmi 28 gün keçərlidir.
Bu, “Azercell” tərəfindən təklif edilən yeni “innovasiyadır”. Əvvəllər belə hal müşahidə etməmişik.

Nə deməkdir bu?

Adi hesablama göstərir ki, bu qayda ilə müştəri ildə 12 dəfə yox, 13 dəfə ödəniş etməyə məcbur edilir. Yəni ildə 12 yox, 13 “aylıq” internet paketi alınmış olur.
Bu isə az da olsa hər istifadəçidən əlavə qazanc əldə etmək deməkdir. Kiçik görünən bu rəqəm milyonlarla istifadəçidən toplananda şirkət üçün milyonlarla əlavə gəlir deməkdir.

“Azercell” bu təcrübəni turistlər üçün nəzərdə tutulan Avropa ölkələrindəki 28 günlük SIM kart təcrübəsi ilə eyniləşdirə bilməz. Çünki orada bu sistem yalnız qısa müddətli istifadə, yəni turistlər üçün nəzərdə tutulur. Bizdə isə bu “28 gün” yerli əhali üçün “aylıq” adı altında tətbiq olunur.

“Azercell”də kimsə deyə bilər ki, biz xırda işlərə baş qoşuruq. Anlayıram.

Amma, bu 30/28 yanaşması etik deyil axı. Bu, istehlakçının etibarından sui-istifadə etməkdir.

Bu, rəqəmsal bərabərliyə zidd bir addımdır. “Azercell” dövlətə məxsus şirkətdir və bu cür praktikalar ictimai məsuliyyət və sosial ədalət prinsiplərinə ziddir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, aidiyyəti qurumlar bu məsələni araşdırmalı, "aylıq" anlayışının ədalətli və şəffaf istifadəsini təmin etməlidirlər. Ümumiyyətlə, proseslər o qədər sürətlə inkişaf edir ki, hər şeyi izləməyə də zaman çatmır. “Azercell”in “1 manat – 1 gün” absurd açıqlamasından sonra bir daha bu qurumun son zamanlardakı tarif siyasətinə göz gəzdirdim. Sadəcə təəssüflənməmək mümkün deyil.

Bütün istiqamət var qüvvə ilə müştəridən əlavə pul qopartmağa yönəlib. Amma qarşılığında yeni xidmətlər, yeni innovasiyalar yoxdur. 5G-dən xəbər yoxdur.
Amma qonşu ölkələrin mobil operatorlarına baxsaq görərik ki, bütün qüvvələrini innovasiyalara, 5G/6G-yə, süni intellektə investisiya yatırmağa, yeni xidmətlərdən gəlir əldə etməyə yönəldiblər.

Zamanında Azərbaycanın ən innovativ qurumunun belə halı ürəkaçan deyil.

“Azercell”i özəlləşdirməyə çıxarmağın məqamı çoxdan yetişib!”


Mövzu ilə əlaqədar texnobloger Fərid Pərdəşünas da özünün “Facebook” hesabında şərh verib. O bildirib ki, məsələni şirkətin özü ilə dəqiqləşdirib və bəzi detallara aydınlıq gətirilib:

“Xətti aktiv saxlamaq üçün gündə 1 manat, ayda 30 manat balansa ehtiyac yoxdur. Tarif planının aylıq haqqını ödəmək kifayətdir;

“Azercell-im” və “Bölgə” planlarında olan abunəçilər və ya bu planlara keçid edənlər ayda 2 manat ödəməklə xidmətə davam edə biləcəklər. Belə olduqda xətt 30 gün açıq qalacaq və tarif hər ay 2 manata yenilənəcək;

Əgər istifadəçi bu 2 manatı yükləməzsə, xətt bir tərəfli rejimdə 90 gün aktiv qalacaq.

Fərid Pərdəşünas vətəndaşlara müraciət edərək bildirib ki, təklif edilən planlar və tarif paketləri əvvəlcədən yoxlanılmalı və ödənişlər ona uyğun həyata keçirilməlidir.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 04 İyun 2025 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri