Icma.az
close
up
RU
“Azerconnect Group” BMTnin Qlobal Sazişinə qoşulub

“Azerconnect Group” BMTnin Qlobal Sazişinə qoşulub

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Azərbaycanın ən böyük İKT şirkəti “Azerconnect Group” Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Sazişinə üzv olub.

"Unikal" xəbər verir ki, dünyanın 160-dan çox ölkəsindən nüfuzlu təşkilatları bir araya gətirən təşəbbüs, biznesin sosial məsuliyyətinin artırılması və bu sahədə dayanıqlı inkişaf prinsiplərinə uyğunluğunun stimullaşdırılması məqsədini daşıyır. 

BMT-nin Qlobal Sazişinə qoşulmaqla “Azerconnect Group” ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinə, eyni zamanda, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqinə sadiqliyini nümayiş etdirir. Şirkət, həmçinin dayanıqlı inkişaf istiqamətində Qlobal Sazişin prinsiplərini öz fəaliyyət və strategiyasına tətbiq edəcəyini bəyan edir.

“Azerconnect Group” innovativ, yüksəkkeyfiyyətli və geniş əhatə dairəsinə malik telekommunikasiya xidmətləri, həmçinin həyata keçirdiyi müxtəlif layihələrlə ölkə iqtisadiyyatının inkişafına, o cümlədən Azərbaycanın regionun rəqəmsal mərkəzinə çevrilməsinə töhfə verir. Şirkət effektivliyi artıran, inkişafı sürətləndirən və gündəlik həyatı asanlaşdıran rəqəmsal həllər təqdim etməklə fərdlərin, icmaların və bizneslərin imkanlarını genişləndirir. “Azerconnect Group” artıq dayanıqlı inkişaf və sosial məsuliyyət sahələrində bir sıra effektiv təşəbbüsləri reallaşdırıb. Bu təşəbbüslərə ətraf mühitin qorunması, enerji səmərəliliyin artırılması, tullantıların idarəedilməsi, əməkdaşlar üçün rahat iş mühitinin yaradılması, onların şəxsi inkişafı üçün proqramlar və müxtəlif layihələr vasitəsilə cəmiyyətə dəstək tədbirləri daxildir. 

Ətraf mühitin qorunması sahəsində həyata keçirilən layihələr barədə

“Azerconnect Group” tətbiq etdiyi innovativ biznes modeli və şəbəkələrin optimallaşdırılması sahəsində həyata keçirdiyi tədbirlər nəticəsində hər il təxminən 60%-dək enerjiyə qənaət edir. Bu da  ildə 53 min meqavat elektrik enerjisinə bərabərdir.  Şirkət tərəfindən, həmçinin günəş enerjisi ilə çalışan baza stansiyası pilot layihə kimi istifadəyə verilib.  

Korporativ idarəetmə sahəsində həyata keçirilən layihələr barədə

“Azerconnect Group” əməkdaşların rifahı, onların şəxsi və peşəkar inkişafı, iş yerində gender bərabərliyi, inklüzivliyin təşviqi istiqamətində davamlı olaraq təşəbbüslər həyata keçirir. Artıq bir neçə ildir ki, əməkdaşların iş və şəxsi həyatı arasında balansın qorunmasına töhfə verən hibrid iş rejimi proqramı - “FLEXcellence” tətbiq edilir. Cari ildə şirkət tərəfindən əməkdaşları karyera inkişafı üçün lazım olan resurslar, təlimlər və imkanlarla təmin edən “Azerconnect Group Mükəmməllik Mərkəzi” təqdim edilib. İcra olunan uğurlu layihələr nəticəsində “Azerconnect Group” beynəlxalq audit şirkəti “Deloitte” tərəfindən təsis olunmuş “Best Managed Companies Azerbaijan 2024” müsabiqəsinin qalibi seçilib. Şirkət, eyni zamanda, ardıcıl iki dəfə “Top Employers Institute” (Ən Yaxşı İşəgötürənlər İnstitutu) tərəfindən “Ən yaxşı işəgötürən” mükafatına layiq görülən yeganə yerli şirkətdir. Cari ildə “Azerconnect Group”a, həmçinin BMT-nin İnkişaf Proqramı tərəfindən “Gender İnklüziv İş yeri” mükafatı təqdim olunub. 

BMT-nin Qlobal Sazişi haqqında

BMT-nin təşəbbüsü ilə 2000-ci ildə əsası qoyulmuş Qlobal Saziş 160-dan çox ölkədə 20 mindən artıq biznes və qeyri-biznes tərəfdaşlarını bir araya gətirir. Təşkilatın üzvlərinin əsas məqsədi öz strategiya və fəaliyyətlərini insan haqları, işçi hüquqları, ətraf mühitin qorunması ilə bağlı beynəlxalq səviyyədə qəbul edilmiş prinsiplərə, eləcə də “Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi”nə uyğunlaşdırmaqdır.

“Azerconnect Group” haqqında 

Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. 

“Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://unikal.az
archiveBu xəbər 05 Noyabr 2024 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see266

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see229

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see214

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see182

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see177

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see175

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see147

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see142

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see141

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see135

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see131

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see130

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see129

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see127

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see125

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see123

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see123

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see120

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see119

Analitik Mərkəz: “İran rejimi son dəqiqələrini oynayır”

04 Sentyabr 2025 11:16see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri