Icma.az
close
up
RU
“Azerconnect Group” BMTnin Qlobal Sazişinə qoşulub

“Azerconnect Group” BMTnin Qlobal Sazişinə qoşulub

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın ən böyük İKT şirkəti "Azerconnect Group" Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Sazişinə üzv olub. Dünyanın 160-dan çox ölkəsindən nüfuzlu təşkilatları bir araya gətirən təşəbbüs, biznesin sosial məsuliyyətinin artırılması və bu sahədə dayanıqlı inkişaf prinsiplərinə uyğunluğunun stimullaşdırılması məqsədini daşıyır.

BMT-nin Qlobal Sazişinə qoşulmaqla "Azerconnect Group" ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinə, eyni zamanda, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqinə sadiqliyini nümayiş etdirir. Şirkət, həmçinin dayanıqlı inkişaf istiqamətində Qlobal Sazişin prinsiplərini öz fəaliyyət və strategiyasına tətbiq edəcəyini bəyan edir.

"Azerconnect Group" innovativ, yüksəkkeyfiyyətli və geniş əhatə dairəsinə malik telekommunikasiya xidmətləri, həmçinin həyata keçirdiyi müxtəlif layihələrlə ölkə iqtisadiyyatının inkişafına, o cümlədən Azərbaycanın regionun rəqəmsal mərkəzinə çevrilməsinə töhfə verir. Şirkət effektivliyi artıran, inkişafı sürətləndirən və gündəlik həyatı asanlaşdıran rəqəmsal həllər təqdim etməklə fərdlərin, icmaların və bizneslərin imkanlarını genişləndirir. "Azerconnect Group" artıq dayanıqlı inkişaf və sosial məsuliyyət sahələrində bir sıra effektiv təşəbbüsləri reallaşdırıb. Bu təşəbbüslərə ətraf mühitin qorunması, enerji səmərəliliyin artırılması, tullantıların idarəedilməsi, əməkdaşlar üçün rahat iş mühitinin yaradılması, onların şəxsi inkişafı üçün proqramlar və müxtəlif layihələr vasitəsilə cəmiyyətə dəstək tədbirləri daxildir.

Ətraf mühitin qorunması sahəsində həyata keçirilən layihələr barədə

"Azerconnect Group" tətbiq etdiyi innovativ biznes modeli və şəbəkələrin optimallaşdırılması sahəsində həyata keçirdiyi tədbirlər nəticəsində hər il təxminən 60%-dək enerjiyə qənaət edir. Bu da  ildə 53 min meqavat elektrik enerjisinə bərabərdir.  Şirkət tərəfindən, həmçinin günəş enerjisi ilə çalışan baza stansiyası pilot layihə kimi istifadəyə verilib. 

Korporativ idarəetmə sahəsində həyata keçirilən layihələr barədə

"Azerconnect Group" əməkdaşların rifahı, onların şəxsi və peşəkar inkişafı, iş yerində gender bərabərliyi, inklüzivliyin təşviqi istiqamətində davamlı olaraq təşəbbüslər həyata keçirir. Artıq bir neçə ildir ki, əməkdaşların iş və şəxsi həyatı arasında balansın qorunmasına töhfə verən hibrid iş rejimi proqramı - "FLEXcellence" tətbiq edilir. Cari ildə şirkət tərəfindən əməkdaşları karyera inkişafı üçün lazım olan resurslar, təlimlər və imkanlarla təmin edən "Azerconnect Group Mükəmməllik Mərkəzi" təqdim edilib. İcra olunan uğurlu layihələr nəticəsində "Azerconnect Group" beynəlxalq audit şirkəti "Deloitte" tərəfindən təsis olunmuş "Best Managed Companies Azerbaijan 2024" müsabiqəsinin qalibi seçilib. Şirkət, eyni zamanda, ardıcıl iki dəfə "Top Employers Institute" (Ən Yaxşı İşəgötürənlər İnstitutu) tərəfindən "Ən yaxşı işəgötürən" mükafatına layiq görülən yeganə yerli şirkətdir. Cari ildə "Azerconnect Group"a, həmçinin BMT-nin İnkişaf Proqramı tərəfindən "Gender İnklüziv İş yeri" mükafatı təqdim olunub.

BMT-nin Qlobal Sazişi haqqında

BMT-nin təşəbbüsü ilə 2000-ci ildə əsası qoyulmuş Qlobal Saziş 160-dan çox ölkədə 20 mindən artıq biznes və qeyri-biznes tərəfdaşlarını bir araya gətirir. Təşkilatın üzvlərinin əsas məqsədi öz strategiya və fəaliyyətlərini insan haqları, işçi hüquqları, ətraf mühitin qorunması ilə bağlı beynəlxalq səviyyədə qəbul edilmiş prinsiplərə, eləcə də "Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi"nə uyğunlaşdırmaqdır.

"Azerconnect Group" haqqında

Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən "Azerconnect Group" mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir.

"Azerconnect Group" müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 05 Noyabr 2024 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see372

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see341

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see333

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see304

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see300

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see279

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see261

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see249

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see241

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see231

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see222

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see209

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see204

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see202

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see201

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see191

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see190

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see189

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri