Icma.az
close
up
RU
“AzərEnerji”: Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə layihələrin istehsal gücü artır

“AzərEnerji”: Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə layihələrin istehsal gücü artır

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 4 iyun, AZƏRTAC

Azərbaycanda həyata keçirilən tədbirlərin nəticəsi olaraq karbon emissiyasını azaltmaq məqsədilə bərpaolunan enerji mənbələri üzrə layihələrin istehsal gücü artır.

AZƏRTAC xəbər verir ki, bu sözləri “AzərEnerji” ASC-nin vitse-prezidentinin birinci müavini Yusif Qarayev Bakı Enerji Forumu çərçivəsində keçirilən “Elektrik enerjisinin istehsalı və şəbəkə infrastrukturunun inkişafı: Gələcəyin enerji təchizatı” mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan qlobal iqlim dəyişikliyinin təsirlərini azaltmaq məqsədilə yaşıl enerji transformasiyasını intensiv şəkildə davam etdirir.

“İşğaldan azad olunmuş ərazilərdə ümumi gücü 270 MVt olan bir sıra kiçik su elektrik stansiyaları istismara verilib. Hazırda tikintisi davam edən və növbəti illərdə şəbəkəyə qoşulacaq bir sıra mühüm layihələr də mövcuddur. "ACWA Power" şirkətinin həyata keçirdiyi 240 MVt gücündə külək elektrik stansiyası cari ilin birinci yarısında istismara veriləcək. “Masdar” şirkəti tərəfindən həyata keçirilən meqa layihə çərçivəsində ümumi gücü 1 QVt olan 2 günəş və 1 külək elektrik stansiyası 2026-cı ilin birinci yarısından etibarən şəbəkəyə qoşulacaq”, - deyə Y.Qarayev vurğulayıb.

Yusif Qarayevin sözlərinə görə “Enerso Cəbrayıl” MMC və “Clean Energy Cəbrayıl” MMC tərəfindən inşa ediləcək 50+50 MVt-lıq günəş elektrik stansiyalarının 2027-ci ildə şəbəkəyə qoşulması planlaşdırılır: “Bərpaolunan enerji mənbələri üzrə hərrac layihəsi çərçivəsində 100 MVt gücündə günəş elektrik stansiyasının 2026-cı ildə şəbəkəyə qoşulması nəzərdə tutulur. Çin şirkəti “China Gezhouba” tərəfindən Füzuli rayonunda inşa ediləcək 160 MVt-lıq günəş elektrik stansiyasının 2030-cu ilə qədər istismara verilməsi planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kiçik su elektrik stansiyalarının ümumi gücünün 471 MVt-a qədər artırılması gözlənilir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2025 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see204

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see204

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see158

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri