Icma.az
close
up
RU
“AzerGold” qeyri filiz faydalı qazıntı yataqları ilə bağlı seminar keçirdi Fotolar

“AzerGold” qeyri filiz faydalı qazıntı yataqları ilə bağlı seminar keçirdi Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

“AzerGold” QSC-də ölkə ərazində qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı aidiyyəti dövlət qurumları və sahibkarlıq subyektlərinin iştirakı ilə seminar keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında 23 dekabr 2024-cü il tarixli Sərəncamına uyğun olaraq təşkil edilmiş seminarda bu sahədə mövcud vəziyyətin öyrənilməsi məqsədilə aparılmış bir aylıq operativ təhlillərin ilkin nəticələri açıqlanıb.

“AzerGold” QSC-nin prosesə cəlb etdiyi beynəlxalq nüfuzlu “Boston Consulting Group” məsləhətçi şirkəti tərəfindən hazırlanan hesabatda qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində mövcud vəziyyət və perspektivlər, mütərəqqi beynəlxalq təcrübə və standartlar, ekoloji norma və tələblər əsasında idarəetmənin təkmiləşdirilməsi, bazar iştirakçılarının qarşılaşdıqları problemlərlə bağlı təhlillər müzakirəyə çıxarılıb.

Daha sonra maraqlı tərəflərin çıxışları dinlənilib, mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılıb, sahibkarların təklifləri dinlənilib, suallar cavablandırılıb. Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı üzrə ixtisaslaşmış bazar iştirakçıları ilə intensiv görüşlərin davam etdiriləcəyi, təkliflərin təhlil olunacağı vurğulanıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə nüfuzlu beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı sahəsində mövcud vəziyyətin təhlil edilməsi, müvafiq bazarın öyrənilməsi və aparılacaq təhlillərin nəticəsindən asılı olaraq bu sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim edilməsi tapşırılıb.

Eyni zamanda QSC beynəlxalq standartlar nəzərə alınmaqla, yerli standartların təkmilləşdirilməsi üçün təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Nazirlər Kabinetinə təqdim etməli, bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 Fevral 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see211

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see191

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see161

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see160

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see153

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see145

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see145

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see140

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see140

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri