Icma.az
close
up
RU
Qeyri filiz faydalı qazıntı yataqları ilə bağlı növbəti seminar...

Qeyri filiz faydalı qazıntı yataqları ilə bağlı növbəti seminar...

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“AzerGold” QSC-də ölkə ərazisində qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı aidiyyəti dövlət qurumları və sahibkarlıq subyektlərinin iştirakı ilə növbəti seminar keçirilib.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında 23 dekabr 2024-cü il tarixli Sərəncamına uyğun olaraq təşkil edilmiş seminarda mövcud vəziyyətin öyrənilməsi məqsədilə aparılmış araşdırma, sahə səfərləri, sorğu və təhlillərin nəticələrinə əsasən hazırlanmış ilkin təkliflər toplusu təqdim edilib. “AzerGold” QSC-nin prosesə cəlb etdiyi beynəlxalq nüfuzlu “Boston Consulting Group” məsləhətçi şirkəti tərəfindən hazırlanan təqdimatda qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində mövcud vəziyyət, mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında idarəetmənin təkmiləşdirilməsi və bazar iştirakçılarının qarşılaşdıqları problemlərin həlli ilə bağlı təkliflər müzakirəyə çıxarılıb.

Bildirilib ki, təkliflərin hazırlanması bu istiqamət üzrə səmərəliliyin və şəffaflığın artırılması, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, yerli istehsalatın dünya bazarının çağırışlarına uyğunlaşdırılması, innovativ yanaşmaların tətbiqi ilə fəaliyyətin ekoloji norma və standartlar və beynəlxalq tələblər əsasında təşkil edilməsi, bazar iştirakçılarının fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsi, yeni iş yerlərinin yaradılması ilə ölkənin sosial-iqtisadi inkişafına töhfələrin verilməsinə xidmət edir. Daha sonra maraqlı tərəflərin çıxışları dinlənilib, geniş fikir mübadiləsi aparılıb. Müzakirələrin nəticəsində tənzimləyici qurumların və qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı üzrə ixtisaslaşmış şirkətlərin qarşıdakı 1 həftə ərzində təkliflərlə bağlı rəylərinin yazılı formada təqdim etməsi razılaşdırılıb.

Xatırladaq ki, “Azərbaycan Respublikasında qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 dekabr tarixli Sərəncamına əsasən, “AzerGold” QSC qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı sahəsində mövcud vəziyyətin təhlil edilməsi, müvafiq bazarın öyrənilməsi və aparılacaq təhlillərin nəticəsindən asılı olaraq bu sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməldir.

Eyni zamanda Cəmiyyət beynəlxalq standartlar nəzərə alınmaqla, qeyri-filiz faydalı qazıntı yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı sahəsində milli standartların təkmilləşdirilməsi üçün təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməli, bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://axar.az
archiveBu xəbər 13 Mart 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see166

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see160

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see149

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see143

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see134

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri